Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə101/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   97   98   99   100   101   102   103   104   ...   189
2019-04-25 12-07-55

Tək qoşmasının təki variantı daha işləkdir. Məs.: Mən ol qəvvas təki can tərkin etdim. (İ.N.) Ta kim, ol xurşidrux getdi gözümdən su təki. (Ş.İ.X.) Eşq ilən Məcnun təki bixaniman oldum yenə. (Ş.İ.X.) Günəş təki hər çıxanda səhərdən, Alırsan Vaqifin əqlini sərdən... .(M. P. V.)
Nisbət, nisbətən qoşmaları da müqayisə məzmunu yaradır.
Zaman məzmunu (hüdudu) yaradan qoşmalar: əvvəl, qabaq, sonra, bəri, can, cən, dək, kimi. Bu qoşmaların bir qismi (əvvəl, sonra, bəri, qabaq) qoşulduğu sözlərin ismin çıxışlıq, bir qismi (kimi, can, cən, dək) yönlük halında olmasını tələb edir. Nümunələrə nəzər yetirək: Qaldı andan sonra bu mülki-Süleyman sizlərə.(Ş.İ.X) Sübhədək binəva çəkər zəhmət. (M.Ə.S.) Nahardan sonra yüzbaşı bir neçə mütəkkə tapıb gətirdi. (Y.V.Ç.) Koroğlu atını sürüb gedəndən sonra dəmirçi dedi: - Neçə gün bundan əvvəl Koroğlu atını nallatmağa gəlmişdi... (Az. ədəbiyyatı inciləri)
Məkan məzmunu (hüdudu) yaradan qoşmalar: kimi, -can, cən, dək, qədər. Bu qoşmalar özündən əvvəlki sözün yönlük halda olmasını tələb edir. Məsələn: Anam Bakıdan həsrətlə ayrıldı, Təbrizə kimi arxaya boylana-boylana getdi. (S.T.) Yaralını evədək aparmaq qərarına gəldi. Həyətə qədər kürəyində gətirdi, lakin daha dizləri sözünə baxmadı, elə yaralı ilə birlikdə yıxılıb qaldı. (M.İ.) Hər gün yerindən qalxar, Zərnişanı izləyər, bulağacan arxasınca gedərdi.
Kəmiyyət məzmunu (hüdudu) yaradan qoşmaları: -ca (-cə), qədər, kimi. -ca,-cə qoşmaları adlıq halda olan adlara, qədər, kimi qoşmaları isə yönlük halda olan sözlərə qoşulur. Məsələn: Dəvə böyümüşsən, köşək əqlin yoq! Dəpə böyümüşsən, tarıca beynin yoq! (KDQ) Sor ol gədayə, munca dua kimdən öyrənir? (Ş.İ.Xətai) Dizə kimi suya girdi.
Səth, yer, sahə məzmunu yaradan qoşmalar: içrə, üzrə. Bu qoşmalar isimin adlıq halında olan sözlərə qoşulur. Müasir Azərbaycan ədəbi dilində az işlənsə də, içrə, üzrə qoşmaları klassik bədii dildə üstün mövqedə olması ilə diqqət çəkir. Məs.: Bu əcəl meydanına heç kimsə qalmaz girmədən, Başını qəbr içrə daşa uruban oyanəsən. (İ.N.) Sənin eşqin vücudum şəhri içrə, Bu könül təxtinə sultandır, ey dust! (Ş.İ.X.) Bərgi-nəsrin üzrə mişkin zülfünü sən tağıdub, Aşiqi bixaniman etmək dilərsən, etməgil! (İ.N.) Pəmbeyi-daği cünun içrə nihandır bədənim. (M. F.)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin