Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə97/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   189
2019-04-25 12-07-55

* -ar (-maz) -ər (-məz). Bu şəkilçi təkrar olunan feillərə artırılır, zaman, hal-vəziyyət məzmunu yaradır. Əsasən, bu şəkilçi ilə düzələn feli bağlamadakı iş və prosesin başlama zamanını bildirir. Məs.: Bahar buludu çəkilər-çəkilməz kəndin üstünü boz duman alardı. (İ.Ş.) O, məni görər-görməz sözə başladı. (Ə.V.)
Feli bağlama şəkilçilərinin böyük əksəriyyəti sinonimdir.
Feli bağlamanın feillə oxşar cəhətləri:
* Feillər kimi feli bağlama da idarəçilik xüsusiyyətinə malikdir: səni gördüm – səni görəndə; evə gedir – evə gedərkən və s.
* Feillər kimi feli bağlamalar da təsirli və təsirsiz olur: qapını açdı – qapını açanda (təsirli); sən güldün – sən güləndə (təsirsiz) və s.
* Feillər kimi feli bağlamalar da növ kateqoriyasının şəkilçilərini qəbul edir: yazanda (məlum), yazdıranda (icbar), yazışarkən (qarşılıq), gülüşəndə (müştərək), ürəklər döyünəndə (qayıdış), taxıl səpiləndə (məchul) və s.
* Feillər kimi feli bağlamalar da təsdiq və inkar olur: yazanda – yazmayanda; aldıqca –almadıqca və s.
Fərqləri:
* Feillər zamana, şəxsə, kəmiyyətə görə dəyişir, feli bağlamalar yox.
* Feillər söz yaradıcılığında fəal iştirak edir, feli bağlamalar yox.
* Feillər cümlədə ancaq feli xəbər olur, feli bağlamalar isə zərflik vəzifəsini icra edir.
* Feillər tərkib yarada bilmir, feli bağlamalar isə tərkib yaradır.
Zərflə oxşar cəhətləri:
* Feli bağlama zərf kimi cümlədə felin yanında gəlir, onu tərz, zaman, səbəb baxımından tamamlayır.
* Zərflər kimi feli bağlama da cümlədə fellə yanaşma əlaqəsində olur.
Felin təsriflənməyən formalarının sintaktik vəzifəsi
Məsdərin cümlədə sintaktik vəzifəsi mübtəda, tamamlıq, xəbər və zərflikdir. Nümunələrə nəzər salaq:
Yaşamaq (mübtəda) yanmaqdır (xəbər) yanasan gərək. (B.V.) Qəzəl de ki, dövrani-məşhur ola, Oxumaq da, yazmaq (mübtəda)da asan ola. (M. F.) O sönük qəlbi isindirmək üçün (məqsəd zərfliyi) Nə dilərsən, yaparam, etmə kədər. (H. Cavid)
Feli sifətlərin əsas sintaktik vəzifəsi təyindir. Substantivləsdikdə isə ismə xas olan əlamətləri və sintaktik vəzifəni qəbul edir, mübtəda, tamamlıq, xəbər olur: Gecə ev süpürən (mübtəda) evin bərəkətini süpürər. Allah döyəni (tamamlıq) bəndə də döyər. Söz son gülənindir (xəbər). (A.sözü)
Feli bağlamaların sintaktik vəzifəsi zərflikdir: Nitqim tutulur küçədə hərzəvü hədyanını görçək (zaman zərfliyi). (M.Ə.S.) Alçaq yerdən duman qalxar Dağı dolana-dolana (tərzi-hərəkət zərfliyiyi). (Qurbani) Ay Günəşin istehzasından utanıb (səbəb zərfliyi) buludun arxasına gizləndi. (Az. əfsanələri)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin