Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə112/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   108   109   110   111   112   113   114   115   ...   189
2019-04-25 12-07-55

7. Arzu və qeyd-şərt ədatları: kaş (ki), təki, barı. Bu ədatlar yalnız feli cümlələrdə işlənir. Arzu ədatı işlənən cümlələrin xəbəri felin ya əmr, ya da arzu şəkli ilə ifadə olunur və bunun nəticəsində də arzu mənasının müxtəlif-liyi yaranır. Arzu ədatı iştirak edən cümlələrin xəbəri felin əmr şəkli ilə ifadə olunarsa, cümlədə ümidli, həsrətli arzu, əgər cümlənin xəbəri felin arzu şəkli ilə ifadə olunarsa, təəssüflü arzu mənaları ifadə edir. Məs.: Təki bizdən sonra gələnlər yaxşı yaşasınlar. Kaş o qayğısız uşaqlıq illərinə bir də qayıdaydım. Kaş ki dağın ətəyində yerləşən o balaca, sakit kəndimizdə, qohum-qardaşımın yanında yaşayaydım.
Yaxud: Boynumda var mirvarı,
Göz yaşını sil barı.
Gəl oturaq diz-dizə,
Bir az danış, gül barı.
(Bayatı)
Araz, burdan ax barı,
Sallan barı, ax barı.
Həsrət qalma, gözlərim,
Bir doyunca bax barı.
(Bayatı)
Barı ədatı omonim xarakter daşıyır. Belə ki, həmin ifadə həm də daş hasar mənasını bildirir, isimdir, vurğu ikinci hecanın üzərinə düşür. Barı sözü folklor ədəbiyyatında, xüsusilə bayatılarda çox işlək olmuşdur: Qalanın yan divarı, Od tutdu yandı barı... (Bayatı)
Barı sözü isim kimi qərb dialektində xüsusilə aktivdir. Məs.: Barını rəngləmək lazımdır. Kəndlərdə indi hamı barı tikdirir.
Barı sözü arzu ədatı kimi işləndikdə vurğu əvvələ düşür.
Modal sözlər. Müasir Azərbaycan dilində işlənən köməkçi nitq hissələrindən biri də modal sözlərdir. Onlar mənşəcə əsas nitq hissələrindən əmələ gəlsələr də, artıq lüğəti mənaya malik deyil. Bunlar ya bütün cümləyə, ya da cümlənin bir hissəsinə modallıq verən bir söz vəzifəsini daşımalı olmuşdur. Modal sözün əsl mənası (latınca modus) vasitə, üsul deməkdir. Həmin terminin 2-ci tərəfi olan “sözlər” şərti olaraq işlədilmişdir. Bu “sözlər” ifadəsi müstəqil lüğəti və qrammatik məna və vəzifəyə malik olan sözlər deyildir.Deməli, modal sözlər termini şərtidir. Bu terminin ifadə etdiyi modallığı yaradan vasitə (modallığın ifadə üsulu) deməkdir. Lakin modallığı ifadə edən başqa vasitələrin (felin, zaman, şəxs şəkilçiləri) də olduğunu nəzərə aldıqda modal sözlər terminini işlətmək məqsədə uyğundur.
Modal sözlərin mahiyyətini, onların vəzifəsini daha aydın başa düşmək üçün modallıq kateqoriyasının nə demək olduğunu müəyyənləşdirmək lazımdır. Modallıq (latınca–modalis) fəlsəfi-məntiqi kateqoriyadır. Bu, müəyyən bir mühakimənin, hökmün gerçəkliyini, doğruluğunu, əşya və hadisənin mövcudluğunu, danışanın həqiqətə olan münasibətini göstərən bir kateqoriyadır. Modallıq kateqoriyası, əsasən, müəyyən bir əşya, hadisə və ya bunların əlamət və keyfiyyətləri haqqında verilən hökmü ya müsbət, ya da mənfi halda təsdiq edir.
Fəlsəfi-məntiqi modallıqdan fərqli olaraq, qrammatik modallığın ifadə vasitələri və imkanları zəngindir. Qrammatik modallıqda hökmün təsdiq, güman, fərz, ehtimal, şübhə və s. yollarla ifadəsi modal sözlərin köməyi ilə yaranır: Məsələn:
Məncə,
Yəqin,
Deyəsən, gələcək
Görünür,
Bəlkə,
Bəlkə də,
Güman ki,
Fəlsəfi-məntiqi modallıqda hökm bu cür zəngin yollarla deyil, təsdiq və inkar yolu ilə bildirilir. Məs.: O gələcək (gəlməyəcək).
Bunlardan başqa, qrammatik modallığı zənginləşdirən vasitələrdən biri də felin şəkilləri, zaman və şəxs kateqoriyasıdır. Fəlsəfi-məntiqi modallıqda isə bu qədər zənginlik yoxdur.
Qrammatik modallıqda mühakimənin, hökmün təsdiqi bir neçə xarakterdə ola bilər. Bəzən bu və ya digər əşya, hadisə, keyfiyyət, əlamət və s. haqqında verilən məlumat qəti təsdiq xarakterində, bəzi hallarda isə təxmin olunan, fərz edilən, şübhə doğura bilən, ehtimal olan və s. xarakterdə olur. Modallıq bütövlükdə isiml, sifət, say, feil, əvəzlik və zərflərin məna və məzmununda ifadə olunur. Ona görə ki, bu sözlərin məna və məzmununda obyektiv gerçəkliyə: əşyaya, ada, əlamətə, miqdara, hal-hərəkətə və sairəyə münasibət bildirilir. Belə xüsusiyyət məntiqi modallığa xas deyil. Orada hökm ya təsdiq, ya da inkar olur, cümlə subyekt və predikatdan təşkil edilir.
Modal sözlər cümlədə heç bir vəzifə daşımır, müstəqil mənalı söz kimi işlənmir, suala cavab vermir, cümlədə yalnız ara söz kimi işlənir.
Modal sözləri iki qrupa bölmək olar:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin