Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə111/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   107   108   109   110   111   112   113   114   ...   189
2019-04-25 12-07-55

    Bu səhifədəki naviqasiya:
  • Bircə
3. Təsdiq və inkar ədatları: bəli, aha, hə, bəli də; yox, xeyr, heç, heç də və s. Bu ədatlar cümlədə ifadə olunan fikrə ya təsdiq, ya da inkar məqamından yaxınlaşır. Məs.: O, at çapmaqda, ox atmaqda heç də igidlərdən geri qalmırdı. (Az. əfsanələri) Həmzə yuxudan oyanan kimi heç fikirləşmədən o kəndə yola düşür. (Az. əfsanələri) Xeyr, bu adicə oddur. (Az. əfsanələri) Bəli, böyük oyun başladı. Hə, qardaş, isti corab toxuyuram. Bəli a, təki məvacib gəlsin, göydə razı olar.
4. Əmr ədatları: di, ha, qoy, gəl, gəlin, qoyun, gör, görün, görək, gəlsənə, qoysana, görüm, -sana (sənə) və s. Əmr ədatlarının böyük əksəriyyəti qrammatik omonimlik yaradır, yəni həm felin əmr şəkli, həm də ədat kimi işlənə bilir. Bu ədatlar aid olduqları cümlədə və nitqdə arzu, məsləhət, təkid, xəbərdarlıq, sövqetmə, diqqəti cəlbetmə və s. mənaların yaranmasına kömək edir. Məs.: Mən atdın artıq əski hürkümü, ana, Dinləsənə uzaqdan coşan türkümü, ana! (A. İ.) Sən ordan bax, mən burdan, Görək ilahi neylər. (Bayatı) Yarım bivəfa çıxıb, Gör günüm nə qaradır. (Bayatı) ... Qoy öpüm ağ üzündən, Qaranlıqdır, görməzlər. (Bayatı). Nə durmusan, di cavab ver, din, Yenə nə döyükür sarsaq gözlərin. (S. V.)
5. Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, tək, bir, bircə, təkcə, və s. Bu ədatlar özlərindən sonra gələn sözün və ya söz birləşməsinin, bəzən də bütün cümlənin mənasını məhdudlaşdırır. Məs.: Mən yalnız iman etdim qollarımın zoruna, Bu zor məni çıxarıb qurtaracaq yarına. (A. İ.) Mən ancaq gözləri qapıdan içəri girən atalarının əlinə dikilmiş balaca uşaqların ac üzlərini görürdüm və o günü mən anamın, Fatma nənəmin təkidinə baxmayaraq, səhərdən axşamacan heç nə yemədim. (İ. Ə.) Bircə (bir, tək, təkcə) sən çatmırdın.
6. Dəqiqləşdirici ədatlar: elə, məhz, əsl. Bu ədatlar söz və ifadənin mənasını dəqiqləşdirir, əsasən, cümlənin əvvəlində və ortasında gəlir. Elə ədatı həm qüvvətləndiri-ci, həm də dəqiqləşdirici funksiya daşıyır. Məs.: Elə bu zaman Eyvaz dayı Bayram babama neçə gün əvvəl başına gəlmiş qəribə bir hadisə danışırdı. Ancaq nə üçünsə, qoca qaçağın gözündəki parıltı mənə canavarı deyil, məhz pələngi xatırladırdı. (İ. Ə.) Kim bilir, bəlkə, əmim oğlu Bəhlulun anasını cadu eləyib sill azarına salan elə həmin bu Nisə qarı imiş. (İ. Ə.) Arvad olmağına arvaddır, özü də əsl mən deyən. (Ü. H.) Elə o vaxtdan həmin qayanın adı “Zəncirli qaya” adlanır. (Az. əfsanələri)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin