Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Sintaksisin dilçiliyin digər bölmələri ilə əlaqəsi



Yüklə 319,77 Kb.
səhifə123/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   119   120   121   122   123   124   125   126   ...   189
2019-04-25 12-07-55

3. Sintaksisin dilçiliyin digər bölmələri ilə əlaqəsi. Azərbaycan dilçiliyinin ən əsas bölməsi sayılan qrammatika özündə morfologiya və sintaksisi birləşdirir. Morfologiya düzgün nitq qurmaq bacarığı, ədəbi dilin normalarına riayət etmək vərdişlərini aşılayır, sintaksis üçün, onun ayrı-ayrı mövzularının daha dərindən mənimsədilməsi üçün real imkanlar açır. Sintaksis daha yüksək səviyyədə ümumiləşdirmədir. Burada məntiq, dil faktları arasında olan əlaqə və münasibətlərin dərki, ümumiləşdirmə bacarığı lazımdır. Morfologiyada elə bir mövzu tapılmaz ki, onun sintaksislə əlaqəsi yaranmasın. Sintaksisdə cümlənin məqsəd və intonasiyaya görə növləri haqqında nəzəri məlumat verərkən sual əvəzlikləri, sual ədatları, felin əmr şəkli, eləcə də digər şəkilləri, nidalar haqqındakı biliklər təkrarlanıb möhkəmləndirilir. Həmçinin fonetika bölməsi ilə əlaqə qurulur, intonasiyanın mahiyyəti bir daha açılır.
Söz birləşmələri – ismi və feli birləşmələr, sintaktik əlaqələr haqqında nəzəri məlumat verərkən nitq hissələri yenidən təkrar obyektinə çevrilir. İsmi və feli birləşmələrin əsas tərəflərinin adlarla və felin təsriflənməyən formaları ilə ifadə edilməsi, I növ təyini söz birləşməsinin asılı tərəfinin isimlə, sayla, sifətlə, əvəzliklə, feli sifətlə ifadə olunması, II və III növ təyini söz birləşmələrinin tərəflərinin yiyəlik hal və mənsubiyyət şəkilçisi ilə formalaşması morfologiya və sintaksis bölmələri arasındakı əlaqəni bir daha sübut edir. Sintaktik əlaqələr mövzusunda da isim, sifət, say, fel və s. nitq hissələri ilə yenidən əlaqənin qurulması zərurəti yaranır. Belə ki, idarə əlaqəsinin əsas göstəricisinin hal şəkilçisi olamasından, idarə edən tərəfin əsasən fel, bəzi vaxtlarda digər nitq hissələrinin də olmasından, uzlaşma əlaqəsinin göstəricisinin mənsubiyyət və şəxs sonluğu olmasından və s. danışılanda, təbii ki, morfologiya bölməsi ilə əlaqə qurulmalıdır. Mənsubiyyət kateqoriyasının mahiyyətini bilmədən uzlaşma əlaqəsini, II və III növ təyini söz birləşmələrini öyrənmək olmaz. II və III növ təyini söz birləşmələrini mənimsəmək üçün yalnız mənsubiyyətə görə dəyişməni bilmək kifayət etmir, eyni zamanda ismin yiyəlik halını bilməlisən.
Feli birləşmələr – feli bağlama, feli sifət və məsdər haqqında, onların ətrafına söz toplayaraq tərkib əmələ gətirməsi, cümlə daxilində mürəkkəb cümlə üzvü olması barədə morfologiya bölməsində nəzəri bilik verilir. Sintaksisdə həmin birləşmələrin xüsüsiyyətləri, aralarındakı əlaqə, hansı cümlə üzvü olması və s. haqqında yeni məlumat çatdırılır. Əslində bu yeni bilik də deyil, əvvəldə öyrəndiklərini tətbiq etmək bacarığı, məntiqi nəticə çıxarmaq qabiliyyətidir. Çünki sintaksis daha geniş ümumiləşdirmə və məntiq tələb edir.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin