Tamamlıq budaq cümləsi
Azərbaycan dilində tabeli mürəkkəb cümlənin ən geniş yayılmış növü tamamlıq budaq cümləsidir. Tamamlıq budaq cümləsi baş cümlədə buraxılmış tamamlığın yerində işlənir, ya da cümlədə əvəzlik-qəliblə ifadə olunmuş tamamlığı izah edir, aydınlaşdırır, bununla da baş cümlənin feli xəbərinin mənasını tamamlayır. Məsələn, 1) Fəridin yadına salın ki, o, xırmanda ola bilər (M.I.). 2) Ancaq hadisələr göstərdi ki, mən səhv eləmişəm. Mən sizə demədim ki, düşmənin dəstələri sürətlə irəliləyir (M. Abbaszadə). 3) Onu da unutmayın ki, məzlumun ahı yerdə qalmaz. 4) Onu da etiraf etməliyəm ki, ilk baxışdan xoşuma gəlmisiniz (Ə.M.).
Tamamlıq budaq cümləsi baş cümlədə buraxılmış tamamlığın, istərsə də baş cümlədə əvəzlik-qəliblə ifadə edilərək əlavə izaha ehtiyacı olan tamamlığın suallarına cavab verir, yəni cümlə üzvü olan tamamlıq ismin yünluk, təsirlik, yerlik, çıxışlıq halında olan isim, ismi birləşmələr, substantivləşmiş nitq hissələri, feli sifət tərkibi, məsdər və məsdər tərkibləri ilə ifadə olunaraq kimi?, nəyi?, kimə?, nəyə?, nə?, kimdə?, nədə?, kimdən?, nədən? suallarına cavab verdiyi kimi, tamamlıq budaq cumləsi də baş cümlədən yaranan həmin suallara cavab olur, onu izah edir. Bundan əlavə, cümlə üzvü olan tamamlığın bir sıra xüsusiyyəti tamamlıq budaq cumləsində də vardır. Əsasən, feli xəbərlə idarə əlaqəsində olaraq, onun mənasını tamamlayan cümlə üzvü kimi tamamlıq vasitəli və vasitəsiz olaraq 2 növə bölünürdü. Baş cümlənin feli xəbərinə aid olan tamamlıq budaq cümləsi də vasitəli və vasitəsiz olaraq 2 yerə bölünür. Sadə cümlədə olduğu kimi, vasitəsiz tamamlıq budaq cümləsinin baş cümləsində də xəbər təsirli fellə, tamamlıq isə ismin təsirlik halı ilə ifadə olunur, kimi?, nəyi?, nə? suallarına cavab verir. Məsələn, 1) Mən sənə dedim ki, mehmanxanaya qadınları gətirmək olmaz (M.S.O.). 2) Bunu da deməliyəm ki, qızlar analarından, gəlinlər isə oğlanlarimdan asılıdır (M.S.Ordubadi). 3) Ağa, müxtəsərcə deyim ki, bu saat İranda kəndli də məzlumdur, mülkədar da məzlumdur (M.S.O.). 4) O bilmirdi ki, İranda torpaq məsələsini həll etmək hazırkı hökumət quruluşu və hazırkı parlament üsulunun həll edə biləcəyi məsələ deyildi (M.O).
Vasitəli tamamııq budaq cümləsi baş cümlənin vasitəli tamamlığını izah edir. Bu zaman baş cümlənin feli xəbəri təsirsiz feillə ifadə olunur. Məsələn, ... And içirəm ki, at sənin olacaqdır, ancaq əvəzində bacın Belanı mənə verməlisən. ...Inanırsınız ki, o, gecəyarısına qədər və bütün gecəni eləcə qaldı? ...Qorxurdum ki, bu vəhşi çeçen atın qaçırılmasını tez duysun və elə də oldu (M. Lermontov).
Vasitəli tamamlıqların səciyyəvi xüsusiyyətləri ilə əlaqədar olaraq budaq cümlə baş cümlənin yönlük, yerlik, çıxışlıq hallarla ifadə olunan tamamlıqlarını izah edir. Məsələn, 1) İnanırsınızmı ki, qapının dalında duraraq mən də ağladım (M. L). 2) Bir ondan razıyam ki, özümdən narazıyam (B.V.).
Tamamlıq budaq cümləsi baş cümlənin feillə ifadə olunmuş xəbərinə aid olduğu kimi, isimlə, sifətlə ifadə olunmuş xəbərinə də aid olub, onları tamamlayır. Məsələn, 1) Mən əminəm ki, hadisə söylədiyinizlə bitməmişdir (M.L.). 2) Şah İsmayıl ümidvar idi ki, Şeybani xan onların geri döndüyünü zənn edəcək və qaladan cıxacaq (F.K.).
Tamamlıq budaq cümləsi baş cümləyə, əsasən, ki bağlayıcısı ilə, intonasiya və bağlayıcı sözlə, -sa şəkilçisi ilə bağlanır. Bunlardan asılı olaraq, tamamlıq budaq cümləsinin 2 tipini müəyyənləşdirmək mümkündür:
Dostları ilə paylaş: |