Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə175/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   171   172   173   174   175   176   177   178   ...   189
2019-04-25 12-07-55

Xəbər budaq cümləsi
Xəbər budaq cümləsi baş cümlədə işarə əvəzlikləri ilə ifadə olunmuş xəbəri aydınlaşdırmağa xidmət edir. Bu tipli budaq cümlələr baş cümlənin xəbəri fellə ifadə olunmadıqda özünü göstərir və ismi xəbərin suallarını tələb edir. Məsələn, 1) Arzum budur, tez bir zamanda qovuşaq. 2) Rus Əhmədin narahatçılığına səbəb bu idi ki, molla camaatı onun əleyhinə qaldırırdı.
Xəbər budaq cümləsinin Azərbaycan dilində 2 tipi işlənir.
1) Xəbər budaq cümləsi baş cümləyə bağlayıcı ilə bağlanır, baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Belə tipli xəbər budaq cümləsi baş cümləyə intonasiya ilə də bağlanır. Baş cümlənin xəbəri odur, budur, elədir, belədir, ondadır, bundadır və s. işarə əvəzlikləri ilə işlənərək ümumilik bildirir. Budaq cümlə əlavə izahata ehtiyacı olan baş cümlənin xəbərini aydınlaşdırır. Məsələn,
1) İgid odur, atdan düşə, atlana, İgid odur, hər zəhmətə qatlana (atalar sözü). 2) Bəla burasındadır ki, kapitan Tərlanov onun işində nöqsan tutanları sevmirdi. 3) İndi mənim dediyim odur ki, özünə layiq bir qızla evlənsin. 4) Dərd ondadır ki, başa düşmək istəmirsən.
Xəbər budaq cümləsinin bu tipində baş cümlənin xəbəri hemçinin o, bu işarə əvəzlikləri və idi, imiş, olmaq köməkçi fellərinin birləşməsi ilə ifadə olunur. Bəzən səbəb, şərt, məqsəd sözləri ilə işlənərək budaq cümlələrdə səbəb, məqsəd, şərt mənaları yaradır. Məsələn, 1) Bütün bunları sizə deməkdə məqsədim odu ki, ehtiyatlı olasınız (H.Abbaszadə). 2) Teymurun məqsədi bu idi ki, qardşı Seymuru Güldəstədən ayırsın. 3) Bütün faciələrin səbəbi bu idi ki, ailə məhəbbət üzərində qurulmamışdı. 4) Mənim şərtim budur ki, pərdə arxasındakı qızlardan hansının Gülgəz Pəri olduğunu gözübağlı tapasan.
Baş cümlənin xəbəri o, bu işarə əvəzliyi və üçün, ötrü, görə qoşmalarının birləşməsi ilə də ifadə olunur. Məsələn,
1) Bu qədər qurbanları, bu amansız mübarizələr ondan ötrüdür ki, gələcək nəsil xoşbəxt yaşasın. 2) Mənim qorxum ondan ibarətdir ki, deyəsən, müstəntiq bizim uydurmalarımıza inanmadı. 3) Firəngizin həyəcan və qorxusu ona görədir ki, Aslan bəy kitabin arasındakı məktubları götürmüşdü (C.C.).
Xəbər budaq cümləsin 2-ci tipində budaq cümlə baş cümlədən əvvəl gəlir, bağlayıcılı sözlə baş cümləyə bağlanır. Bəzən budaq cümlənin xəbəri -sa2 şərt şəkilçisi ilə işlənir. Budaq cümlə baş cümlədə əvəzlik qəliblə ifadə olunmuş xəbəri izah edir, aydınlaşdırır. Məsələn,
1) Bu deyişmədə kim qalib gəldi, Gülgəz Pəri onundur (“Abbas və Gülgəz”). 2) Kəssə hər kəs dünyada tökülən qan izini, Qurtaran dahi odur yerüzünü (H.C.).
3) Kim padşahIn qızını sağaltsa, qız da, üstəlik taxt- tac da onundur (Az. nağılları).
4) Kəndimizi 10 il qabaq necə görübsünüzsə, indi də elədir.
Xəbər budaq cümləsinin 2- ci tipi birinci tipə nisbətən az işlənir.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin