Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə188/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   181   182   183   184   185   186   187   188   189
2019-04-25 12-07-55

Qarşılaşdırma budaq cümləsi. Belə tipli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır. Qarşılaşdırma ya ziddiyətli şəkildə, ya müqayisəli, ya da güzəştli olur. Bunlardan əlavə, tərkib hissələr arasındakı qarşılasdırma fərqləndirici və şərtli xarakter də daşıya bilər. Dilimizdə güzəştli qarşılaşdırma daha çox işlədilir. Nümunələrə nəzər salaq: Hava buludlu da olsa, çox da soyuq deyildi (Y.V.Çəmənzəminli). Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan (N.Gəncəvi). Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, Məndən uludur ayətim, ayətə, şanə sığmazam (İ. Nəsimi).
Qarşılaşdırma budaq cümləsi həmişə baş cümlədən əvvəl gəlir. Qarşılaşdırma budaq cümləsinin həm analitik, həm sintetik, həm də analitik-sintetik tipi müasir dilimizdə çox işlənir. Belə ki, budaq cümlə baş cümləyə nə qədər, hər nə qədər bağlayıcı vasitələri, -sa, -sə şərt şəkilçisi və da, də, belə ədatı ilə bağlanır: Mən nə qədər qoca olsam da, dəyərəm min cavana (Ü.Hacıbəyov);
Qarşılaşdırma budaq cümləsini baş cümləyə bağlayan vasitələri üç qrupa ayırmaq mümkündür:
1. Nə qədər, hər nə qədər bağlayıcı sözləri, -sa, -sə şəkilçisi, da, də və belə ədatları ilə əlaqəli şəkildə işlənir, bəzən birlikdə, bəzən də növbələşərək müxtəlif komplekslər əmələ gətirir: Nə qədər ağlayırdımsa, ürəyim boşalmırdı (F.Kərimzadə). Kişi nə qədər kamil, güclü olsa da, o qadın zəifliyi ilə birləşşir (F.Kərimzadə).
Ancaq Mehman gənc olsa da belə, gəldiyi gündən əmələ gəlmiş bu vəziyyəti anlayırdı (S.Rəhimov). Vəziyyət nə qədər ciddi olsa belə, gümrah gənclik öz şənliyindən qalmamışdı. (İ. Hüseynov).
2. Qarşılaşdırma budaq cümləsinin ikinci qrupunda budaq cümlənin əvvəlində hərçənd, hərçənd ki, gərçi bağlayıcı sözləri, düzdür, doğrudur modal sözləri işlənir, baş cümlənin əvvəlində isə amma, ancaq, lakin, fəqət, vəli (fəqət, vəli arxaikləşmiş sayılır, daha çox klassik ədəbiyyatda müşahidə edilir) bağlayıcılarından biri gəlir:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin