Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Kimi qoşması yalnız zaman hüdudunu deyil, həm də məkan hüdudunu dəqiqləşdirir. Bu zaman kimi



Yüklə 319,77 Kb.
səhifə31/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   189
2019-04-25 12-07-55

Kimi qoşması yalnız zaman hüdudunu deyil, həm də məkan hüdudunu dəqiqləşdirir. Bu zaman kimi qoşması daxili, fərdi semantikasında yer, məkan anlayışı olan sözlərlə əlaqələnir, yəni yönlük halda olan isimlərə qoşulur. Məs.: Yaylağa maşınla gedəcəyik. Cümlədə “ yaylağa ” haraya? sualına cavab verir və sintaktik vəzifəsi yer zərfliyidir. “ Yaylaq ” leksik vahidinin semantikasında yer, məkan anlayışı qabarıq şəkildə hiss olunur, məkan hüdudunu isə yönlük halın şəkilçisi formalaşdırır. Əvvəlki nümunədə yönlük hal zaman zərfinə əlavə olunaraq zaman hüdudunu, bu cümlədə isə məkan mənalı ismə artırılaraq məkan hüdudunu şərtləndirir. Əgər bu cümləyə kimi qoşması əlavə edilsə, o, məkan hüdudu anlayışını konkretləşdirər, mənanı qüvvətləndirər: Yaylağa kimi maşınla gedəcəyik. Qoşma əlavə edilmiş hər iki cümlədə qoşmalı birləşmələrin sintaktik vəzifəsi zərflik olsa da, semantik məna növünə görə fərqlidir. Birincisi zaman zərfliyi, ikincisi yer zərfliyidir.
Onu da qeyd edək ki, fərdi, daxili semantikasında yer, məkan məzmunu olmayan xüsusi isimlərə yönlük hal şəkilçisi ilə qoşma əlavə olunarsa, o zaman həmin birləşmə də yer zərfliyi vəzifəsini icra edə bilər. Əvvəlki sətirlərdə nümunə kimi verdiyimiz bu cümləyə nəzər salaq: Yavaş-yavaş enə-enə düz Əzəmətə sarı yönəldi. (Ş.A) Yaylaq sözündən fərqli olaraq, Əzəmət xüsusi isminin leksik semantikasında yer, məkan anlayışı yoxdur. Bu dil vahidinə həmin mənanı qazandıran təklikdə yönlük halın qrammatik forması deyil. Çünki yönlük halla işlənən Əzəmətə sözü kimə? sualına cavab verər: Uşağı Əzəmətə verdi – kimə? Əzəmətə. Cümlənin vasitəli tamamlığı olur. Onu idarə edən xəbərin ifadə vasitəsi statik feildir. Əvvəlki cümlədə Əzəmətə sözü təklikdə yox, yönlük hal + qoşma + dinamik feillə ifadə olunan yönəldi xəbəri ilə birlikdə istiqamət məzmunu qazanır və cümlənin yer zərfliyi vəzifəsini icra edir. Deməli, bu cümlədə istiqamət məzmununun yaranmasının əsas yükü qoşmanın üzərinə düşür, dinamik feil də ona təkan verir. “ Yaylağa kimi maşınla gedəcəyik ” cümləsində isə qoşma əvvəlki sətirlərdə qeyd etdiyimiz kimi, məkan mənasını qüvvətləndirir və ona son hüdud məzmunu qazandırır.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin