Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə157/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   153   154   155   156   157   158   159   160   ...   189
2019-04-25 12-07-55

Səbəb zərfliyi. Xəbərdə ifadə edilən işin və ya əlamətin səbəbini bildirir, niyə?, nədən ötrü?, nə səbəbə? suallarından birinə cavab verir. Səbəb zərflikləri feli sifət və feli sifət tərkibləri, feli bağlama və feli bağlama tərkibləri, ismin çıxışlıq halında olan adlar, tərkibində görə, ötrü, deyə qoşması olan birləşmələr, tərkibində üzündən, ucundan, üstündə, nəticəsində sözləri olan birləşmələr, niyə, nə üçün, nə səbəbə, nədən ötrü və s. sual əvəzlikləri ilə ifadə olunur. Məsələn, 1) Təhqir olunduğu üçün daha da əsəbiləşmişdi. 2) Ay günün istehzalı baxışlarından utanıb gizlənmişdi. 3) Oğlum, həm öz qoca ananı və həm də xalqını sevindirdiyin üçün sağ ol. 4) Sən nə üçün susursan?
Məqsəd zərfliyi. Xəbərdə ifadə edilən işin, hal və hərəkətin nə məqsədlə icra etdiyini bildirir, niyə?, nə üçün?, nə məqsədlə? suallarına cavab verir. Məqsəd zərfliyi sual əvəzliyi, yönlük halda olan məsdər, üçün, ötrü qoşmalı məsdər tərkibləri, tərkibində məqsəd, niyyət, uğrunda, yolunda sözləri olan birləşmələrlə ifadə olunur. Məsələn, 1) Onunla meşəyə çiyələk yığmağa gedərdik. 2) Oğlunun dərsə davamiyyətini yoxlamaq üçün məktəbə yollandı. 3) Minlərlə gənc vətən uğrunda şəhid oldu. Səbəb və məqsəd zərfliyinin sualları oxşar olsa da, hər iki zərfliyin ifadə vasitəsi kimi etni qoşmalardan istifadə edilsə də, onlar bir-birindən fərqlənir. Həmin fərqləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Səbəb zərfliyinin ifadə etdiyi səbəb əsas hərəkətdən əvvələ, məqsəd zərfliyinin ifadə etdiyi məqsəd isə əsas hərəkətdən sonraya aiddir. 2. Səbəb zərfliyinə nə məqsədlə?, məqsəd zərfliyinə nə səbəbə? suallarını vermək olmaz. 3. Hər ikisinin ifadə vasitələrində də fərqlər mövcuddur. 5. Dərəcə, şərt və qarşılıq-güzəşt zərflikləri
Dərəcə zərfliyi. Əlamət və prosesin meydana cıxmasının dərəcəsini bildirir, nə dərəcədə? sualına cavab olur, büsbütün, tamamilə, tamamən zərfləri və dərəcə sözü ilə formalaşan I növ təyini söz birləşmələri ilə ifadə olunur. Bəzən də “o qədər “ sözü ilə verilərək, əsasən, sifətlə ifadə olunan xəbərə aid olub, onun əlamətinin dərəcəsini bildirir. Məsələn, 1) Sənin düşüncələrinlə tamamilə razıyam. 2) Hava o qədər isti idi ki, nəfəs almaq olmurdu. 3) Qızının taleyindən hədsiz dərəcədə nigaran idi.
Şərt zəfliyi. Bu zərfliklər iş və prosesin icrasının, əlamətin meydana çıxmasının müəyyən şərtlə bağlı olduğu səbəbi bildirir, hansı şərtlə? sualına cavab verir. Şərt zərflikləri tərkibində şərt və təqdir sözləri, məsdər, feli bağlama və feli bağlama tərkibləri ilə ifadə olunur. Məsələn, 1) Evə vaxtında qayıtmaq şərti ilə icazə verirəm. 2) Lazım gəldiyi təqdirdə, hamı silaha sarılmalıdır. 3) Arxı hoppanmamış, hop demə.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin