Hərçənd Aslan da uşaq idi, ancaq o birilərindən böyük olduğu üçün hər zəhmətə qatlaşmalı idi.(C.Cabbarlı). Həsənoğlu gərçi sənə duaçıdır, vəli sadiq (İ.Həsənoğlu). Düzdür, yaz fəslidir, ancaq havalar soyuq keçir.
3. Qarşılaşdırma budaq cümləsinin üçüncü qrupunda budaq cümlə baş cümləyə kim, nə hara, neçə, nə qədər, nə vaxt və s. bağlayıcı sözlərlə bağlanır, budaq cümlənin xəbəri (əvvəl xəbər, sonra əmr formasında) təkrar olunur: Deyirəm, haralı olur-olsun, adam olsun (M.İbrahimov). Nə vaxt yatır-yatsın, səndən tez ayılacaq (M.İbrahimov). Kimdən soruşur-soruşsun, eyni cavabı alacaq.
Təkrar olunan xəbərlərdən birinə -sa, -sə şəkilçisi əlavə oluna bilər. Nə barədə düşünürsə-düşünsün, axırda fikri gəlib onların üstündə dururdu (M.İbrahimov).
İstifadə edilmiş edilmiş
1. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili (IV cild). Bakı, 2007
2. Seyidov Y. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000
3. Kazımov Q. Müasir Azərbaycan dili ( sintaksis). Bakı, 2000
Dostları ilə paylaş: |