Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə186/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   181   182   183   184   185   186   187   188   189
2019-04-25 12-07-55

    Bu səhifədəki naviqasiya:
  • I tip.
Kəmiyyət budaq cümləsi baş cümlədəki hal- hərəkətin və ya əlamətin kəmiyyətini bildirir, baş cümlədə formalaşan nə qədər? sualına cavab olur. Ya baş cümlədə budaq cümlənin qəlibi –kəmiyyət zərfliyi olur, budaq cümlə onu konkretləşdirir, dəqiqləşdirir, ya da budaq cümlə baş cümlədəki hərəkət və ya əlamətin kəmiyyətini müəyyənləşdirir. Məsələn, Mən kəndə gedəndə nə qədər sevinirdim, tələsirdimsə, oradan qayıdanda o qədər qəmgin və könülsüz yeriyirdim.
Kəmiyyət budaq cümləsi baş cümlənin feli xəbərinə, bəzən də ismi xəbərinə aid olur. Azərbaycan dilində kəmiyyət budaq cümləsinin tiplərini Q.Kazımov belə müəyyənləşdirir:
I tip. Budaq cümlə baş cümlədən sonra işlənərək ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə budaq cümlənin qəlibi kimi o qədər, o kəmiyyətdə, o miqdarda sözləri işlənir və budaq cümlə vasitəsilə izah edilir. Məsələn, Əllərini o qədər ovuşdurmuşdu ki, barmaqları qıpqırmızı olmuşdu (Ə.Vəliyev). Yazığı haq-nahaq yerə o qədər danladın ki, axırda dözməyib evdən getdi.
Kəmiyyət budaq cümləsinin bu tipi dərəcə budaq cümləsinə həm quruluş, həm bağlayıcı vasitələr, həm də qrammatik semantikasına görə çox yaxındır. Dərəcə budaq cümləsi baş cümlədə əlamətin dərəcəsini bildir, buna görə də sifət və zərflərlə ifadə olunan üzvlərə aid olur. Kəmiyyət budaq cümləsi isə baş cümlədə əşya bildirən üzvün kəmiyyətini bildirir. Dərəcə və kəmiyyət budaq cümlələri baş cümlələrin feli xəbərlərinə də aid olur: Gündüz axşama kimi daban döydüyünə görə o qədər yorular, o qədər ayaqdan düşərdi ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı (S.Rəhimov). Keçən cümə axşamı Mərdan bəyin təziyəsində o qədər ağlamışam, gözümdən bir Kürcək yaş gedib (Ə.Vəliyev). Birinci cümlədə o qədər əvəzlik-qəlibi elə, o dərəcədə sözləri ilə əvəz etmək olar və bu cümlə dərəcə budaq cümləsidir. Ancaq ikinci cümlədə olmaz, kəmiyyət budaq cümləsidir.
II tip. Kəmiyyət budaq cümləsinin bu tipi Azərbaycan ədəbi dilində üstünlük təşkil edir, budaq cümlə baş cümlədən əvvəl gəlir, bağlayıcı sözlərlə, -sa, -sə şəkilçisi ilə baş cümləyə bağlanır. Budaq cümlədə nə qədər, hər nə qədər bağlayıcı sözü, baş cümlədə isə bağlayıcı sözə müvafiq gələn o qədər, bir o qədər, bir elə, beş o qədər, on o qədər qəlib sözlərindən biri işlənir. Bəzən də bunların (qəlib) heç biri işlənməyə bilər. Məsələn, Nə qədər istiyirsiniz, o qədər götürün.(C.C). Nə qədər çox qazansan, bir o qədər yaxşıdır (Ə.Sadıq). Qurban qağa nə qədər tapşırdısa, o qədər də getirmişəm(İ.Şıxlı).
Kəmiyyət budaq cümləsinin baş cümləyə münasibətindən asılı olaraq 3 qrupu formalaşır:

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin