Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə1/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   189
2019-04-25 12-07-55




Fakültə: Ibtidai təhsil
Azərbaycan dilindən mühazirə mətnləri
F. ü. f.d. R.Hümmətova


I MÖVZU: Morfologiya haqqında məlumat.
Sözün morfoloji tərkibi
Plan:

    1. Qrammatika haqqında

    2. Qrammatikanın növləri

    3. Morfologiya haqında

    4. Sözün morfoloji tərkibi: kök və şəkilçi morfemlər

Bütöv bir sistem olan dil ayrı-ayrı vahidlər əsasında qurulur. Dilin ən kiçik və mənasız vahidi səs, ən mənalı, fikir ifadə edən vahidi isə cümlədir. Bu dil vahidləri dilçiliyin (səs, söz, söz birləşməsi, cümlə) ayrı-ayrı bölmələrinin predmetidir. Dilçiliyin ən zəngin və nisbətən mürəkkəb bölməsi qrammatikadır. Konkret maddi-əşyavi mənasını nəzərə almadan sözlərin, söz birləşmələrinin və cümlələrin quruluşunu və dəyişmək qaydalarını öyrənən dilçilik bölməsi qrammatika adlanır. Qrammatika sözü yunanca “qramma” (hərf) və “tika” (aid) sözündən götürülmüş, “hərfə, yazıya aid” mənalarını bildirmişdir. Qrammatika mənşəcə ona görə yazı anlayışı ilə bağlı olmuşdur ki, ilk qrammatika əsərləri yazılı materialların üzərində aparılan filoloji işlərin nəticələri kimi meydana gəlmişdir. Sonrakı dövrlərdə bu əsərlər məktəblərdə bir tədris vəsaiti kimi istifadə olunmuş və qrammatika adlandırılmışdır. Bəzən qrammatika termini, ümumiyyətlə, dilçilik termininin sinonimi kimi işlənir. Böyük tarixi yol keçməsinə baxmayaraq, bir dilçilik sahəsi kimi onun sərhədi uzun müddət müəyyənləşməmişdir. Qrammatika dedikdə, ilk növbədə, fonetika, morfologiya, sintaksis nəzərdə tutulurdu. Bu üç sahənin qrammatika termini adı altında birləşməsinin əsas səbəbi onda idi ki, onlar dilin daha çox funksional məsələləri ilə məşğul olurdu.
Qrammatika elminin əsası isə təqribən 2500 il bundan əvvəl qədim Yunanıstanda və Hindistanda qoyulub. “İsgəndəriyyə qrammatikası” dilçilik məktəbi dilin qrammatik quruluşunun öyrənilməsi sahəsində xüsusilə böyük xidmət göstərmişdir. Qədimliyinə baxmayaraq, qrammatika İsgəndəriyyə dilçilik məktəbi meydana çıxana qədər müstəqil fənn hesab olunmurdu. Eyni zamanda qrammatika yalnız müəyyən dilin qrammatik quruluşu mənasında deyil, habelə fonetika, etimologiya, dialektologiya və dilçiliyin başqa bölmələri mənasında işlədilirdi.
“Qrammatika” termini ilk dəfə şərq aləmində Əflatun adı ilə tanınmış Platonun (e.ə.427-348-ci illər) “Kratil” əsərində işlənmişdir. Lakin o zaman bu termin fəlsəfə və ritorika mütəxəssisləri tərəfindən “oxumaq, yazmaq, savad” mənasında istifadə edilirdi. Ərəstunun əsərlərində də işlədilən qrammatika termini “oxumaq, yazmaq, savad” mənalarını bildirirdi. Frakiyalı Dionisi tərəfindən (e.ə.II əsr) daha geniş şərh edilmişdir. Onun fikrincə, qrammatika “şeir və nəsr əsəri yazan şair və ədiblərin təcrübi biliyi, ana dilində danışmaq qaydalarını öyrənməkdir ”.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin