Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə6/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   189
2019-04-25 12-07-55

sənin dəftərin. Bu birləşmədə birinci tərəfin şəkilçisi yiyəlik halı, ikinci tərəfdəki şəkilçi isə mənsubiyyəti bildirir. Zahirən eyni olsa da, tamam başqa vəzifə daşıyır. Deməli, omonim şəkilçidir.
ə`kin. Bu sözdəki şəkilçi felin əmr formasının II şəxsinin cəm şəkilçisidir. Vurğu qəbul etmir. Qrammatik şəkilçidir.
əki`n. Bu sözdəki şəkilçi isə leksik şəkilçidir. Feldən isim düzəldir.
Lövhə silindi. Bu sözdə felin məchul növünün şəkilçisidir.
Ürək döyündü. Bu nümunədə isə felin qayıdış növünün şəkilçisidir.
Tapşırıqlara əməl olundu. Bu nümunədə isə felin şəxssiz növünün şəkilçisidir.
-a2
İsmin yönlük halının şəkilçisidir: kitaba, dəftərə, şəhərə və s.
Felin arzu formasının şəkilçisidir: gələ, oxuya və s.
Feli bağlama şəkilçisidir: gülə-gülə, qaça-qaça və s.
4
İsmin təsirlik halının şəkilçisidir: kitabı, ananı;
III şəxsin mənsubiyyət şəkilçisidir: onun anası, kitabın səhifəsi;
Əgər həmin şəkilçi ismin təsirlik halının şəkilçisidirsə, sonu saitlə qurtaran sözdə “n” bitişdirici samiti, mənsubiyyət şəkilçisidirsə, “s” bitişdirici samiti qəbul edəcək. Məsələn, ananı çağır; onun anası və s.
Feldən isim düzəldir: qorxu, çəki;
İsimdən sifət düzəldir: qızılı saçlar, gümüşü rəng və s.
İsimdən rəqs adı bildirən isim düzəldir: “Vağzalı”, “Dilqəmi”, “İnnabı”, “Kərəmi” və s.
-da2
İsmin yerlik halının şəkilçisidir: kitabda, şəhərdə;
Zaman çaları yaradır: payızda, yayda;
Həm də da2 köməkçi nitq hissələri – bağlayıcı və ədat kimi işlənir, bu zaman ayrı yazılır. Məsələn: Alim , şair , dağda çoban da (bağlayıcı) Deyir öz mahnısını ana dilində. (S.V.) Hə, məni hədələyirsən? Qoymurlar da (ədat), qoymurlar ki, sakit oturub iş görək. (S. Rəhman)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin