Funksional tələblər. Bu tələb bilavasitə məmulatın təyinatı ilə
əlaqədardır.Çünki,hər hansı bir məmulat təyinat etibarilə öz funksiyasını yerinə
yetirə bilmirsə,o,digər tələblərə uyğun olsa da,öz təyinatı üçün yararsız hesab
edilir.Məsələn,saat dəqiq işləmirsə, soyuducu məhsulu yaxşı soyutmursa, bıcaq
kəsmə qabiliyyətinə malik deyildirsə, deməli, həmin məmulatlar öz funksional
tələbini ödəmir və bununla onlar yararsız hesab olunurlar.
Müxtəlif əmtəələr üçün funksional tələblərin nomenklaturası eyni ola bilməz və bu,
onların təyinatından asılıdır. Belə ki, qış üçün hazırlanan ayaqqabılardan yüksək
dərəcədə isti – saxlama qabiliyyəti tələb edildiyi hal da paltaryuyan maşından
yüksək məhsuldarlıq və yaxşı yuma qabiliyyəti tələb olunur. İstismar şəraitindən
asılı olaraq bəzi əmtəələr üçün funksional tələbi başqa tələb əvəz edir.Məs: pəncərə
pərdələri üçün funksional tələblə yanaşı estetik tələb də meydana çıxır. Burada
funksional tələbi estetik tələb əvəz edir.
Qeyd etmək lazımdır ki, bəzən çox təyinatlı parçalar üçün funksional tələbləri
seçməkdə çətinlik yaranır. Əgər parça və yaxud trikotaj alt dəyişiklərin
hazırlanması üçün işlədilirsə, onda ona verilən funksional tələb əsasən gigiyenik
tələblərdən ibarət olacaqdır. Həmin materiallar üst paltarı üçün tətbiq
ediləcəkdirsə, onda bunun üçün funksional tələb kimi forma saxlama, ölçü və
rəngini dəyişməmək, bədii tərtibat və s. daha vacip sayılacaqdır.
Etibarlılıq. Bu tələb xalq istehlakı mallarını bütün növləri üçün vacibdir. Bir
qayda olaraq satışa daxil olan xalq istehlakı malları müəyyən keyfiyyət
göstəricilərinə malik olmalıdırlar. Onlar istismar zamanı istehlak xassələrini (ilkin
keyfiyyət göstəricilərini) dəyişməməli, konkret şəkildə desək, ilkin keyfiyyət
göstəricilərini saxlamalıdır. Xalq istehlakı mallarının ehtibarlılığı istismar
göstəricilərinin verilmiş hüdudla tələb olunan vaxt ərzində öz funksiyasını yerinə
yetirməsi ilə xarakterizə olunur. Məmulatların xidmət müddəti müxtəlif
göstəricilərlə ifadə edilir.Məs,televiziya və radioqəbuledicilərin xidmət müddəti
saatla, nəqliyyat vasitələrinin istifadə müddəti isə km-lə ölcülür.
Etibarlılıq mürəkkəb xassə olduğuna görə ona verilən tələblər də mürəkkəb və
müxtəlifdir.
Xalq istehsalı mallarının etibalılığına müntəzəmlik, uzun müddət yaralılıq,
təmirinin mümkün olması və s. daxildir.
Etibarlılıqdan söhbət edərkən praktikada tez-tez rast gəldiyimiz «İşləmə
qabiliyyəti», «Nasazlıq», «İmtina etmək-rədd etmək» və s. kimi terminləri
qarışdırmaq olmaz.
İşləmə qabiliyyəti dedikdə məmulatın vəziyyətinin necəliyi təyin edilir, normativ-
texniki sənədlərə uyğunluğu və öz funksiyasını yerinə yetirmək qabiliyyəti başa
düşülür. İşləmə qabiliyyətinin pozulması ilə rədd etmə kimi qəbul edilməlidir.
Əgər məmulat normat-texniki sənədlərin tələblərinin birinə uyğun deyildirsə, onda
o, nasaz sayılır. «İşləmə qabiliyyəti» və nasazlıq anlayışı eyni deyildir. Məsələn,
soyuducunun içərisini işıqlandırıcı lampa yanıb xarab olduqda soyuducu nasaz
sayılır, lakin işləmə qabiliyyəti pozulmur.
Məlum olduğu kimi dağılma və köhnəlmə nəticəsində məmulat keyfiyyət
göstəriciləri də tədricən dəyişir. Bu dəyişilmə mümkün ola bilən hüduddan
çıxmayana qədər məmulat işləmə qabiliyyətini saxlayır. Nə vaxt ki, məmulatın
köhnəlməsi və dağılması nəticəsində fiziki-kimyəvi proseslər öz norma həddini
aşır, bu zaman rədd etmə (imtina) yaranır.
Beləliklə, məmulatda və ya onun hissələrində köhnəlmə və dağılma onun rədd
edilməsinə gətirib çıxarır. Məhz, tədricən rədd etmə məmulatın uzun müddət
möhkəmliyindən asılıdır. Ola bilsin ki, istismar zamanı məmulat özünün istehlak
xassəsini birdən dəyişsin, hər halda, bu təyinatla əlaqədardır. Belə hal qəflətən rədd
etmə adlanır. Belə halların baş verməsi bir sıra amillər və eləcə də konstruksiya
böyük rol oynayır. Qəfil rədd etmə müxtəlif dəyişikliklərin topanması ilə yaranır.
Daha doğrusu, keyfiyyət sıçraması əmələ gəlir. Bunun da nəticəsində məmulatın
normal istismarı üçün lazım olan istehlak xassələrinin pozulması, yaxud itməsi baş
verir. Qeyd etmək lazımdır ki, rədd etmə və rədd etmənin səbəblərini daha ətraflı
öyrənmək üçün material və məmulatların fiziki, kimyəvi, bioloji xassələrinin və
eləcə də istismar və saxlanan zaman daxildə baş verən proseslərin
Xalq istehlakı mallarının yararlılığından bəhs edərkən xidmət müddətilə
uzunömürlülüyü fərqləndirmək lazımdır. Xidmət müddəti dedikdə əsasən
məmulatın istismarından fiziki köhnəlmə anına qədərki, təqvim müddəti başa
düşülür. Uzunömürlülük göstəricisində məmulatın istifadə olunmadığı günlər də
hesablanır.
Mal buraxılışının planlaşdırılmasında məmulatın xidmət müddəti əhəmiyyətli
parametr kimi nəzərə alınmalıdır.
Yadda saxlamaq lazımdır ki, xalq istehlakı mallarının bir çox növləri üçün onların
yalnız fiziki xassə kimi uzunömürlülüyü deyil, mənəvi xidmət müddəti də nəzərə
alınır.
İstehlak xassələrinin praktiki əhəmiyyəti olan yararlılıq göstəricilərindən biri də
təmirə yararlılıqdır. Məmulatın təmirə yararlı olması xeyli dərəcədə onun
kostruksiyasından asılıdır. Konsturksiya yararlı və əlverişli olduqda məmulatın
istər hazırlanması və istərsə də təmiri asan başa gəlir, materia sərfi azalır, yığılma
yüngül olur, az zəhmət tələb edir və standart avadanlıqlardan istifadə etmək imkanı
yaxşılaşır.
Gigiyenik tələblər. İstehlakçıların yaxşı həyat fəaliyyəti və normal iş
qabiliyyətini təmin etmək üçün əmtəələrə verilən gigiyenik tələblərin əhəmiyyəti
böyükdür. İnsan orqanizmi o zaman normal fəaliyyət göstərir ki, onun bədənin
temperaturu sabit olsun. Bunu isə normal gigyenik xassəyə malik olan geyim
məmulatları təmin edir. Məlum olduğu kimi istehlakçılar müxtəlif iqlim şəraitində
yaşayır və işləyirlər. Ona görə də insan fəaliyyətinin normal şəraiti xeyli dərəcədə
ayaqqabı və paltarın gigiyenik xassələrindən asılıdır. Son vaxtlarda gigiyenik
xassələrin öyrənilməsinə daha böyük maraq göstərilir.
Məmulatın təhlükəsizliyinə verilən tələblər. Bu tələb xalq istehlakı mallarının
hamısı üçün eyni dərəcədə əhəmiyyət kəsb etmir. Xalq istehlakı mallarının
təhlükəsizliyindən söhbət gedərkən bioloji, elektrik, mexaniki, yanğın, nəqliyyat
vasitələri təhlükəsizliyini fərqləndirmək lazımdır. Belə ki,
bioloji təhlükəsizlik
dedikdə, istehlakçının sağlamlığı üçün əmtəələrin təhlükəsizliyi başa düşülür
. Bu
xassənin son zamanlarda daha ciddi öyrənilməsi məişətdə süni və sintetik liflərin,
plastik kütlələrin və digər kimyəvi məhsulların geniş tətbiqilə əlaqədardır. Aparılan
tətqiqatlar göstərir ki, çayxana və yeməkxana üçün olan qab-qacaqların fenoplastan
deyil, aminoplasdan hazırlamaq daha məsləhətdir. Ona görə ki, isti məhlul tökən
zaman fenoplaslarda müşahidə edilən zərərli maddələr aminoplaslarda müşahidə
olunmur. Eləcə də bioloji təhlükəsizlik xüsusilə kiçik yaşlı uşaqların
oyuncaqlarının, ətriyyat-bəzək mallarının, kimyəvi-rəngsazlıq mallarının və başqa
əmtəələrin hazırlanması üçün praktiki əhəmiyyətə malikdir.
Erqonomik tələblər. Xalq istehlakı mallarının istismar şəraitilə əlaqədar olaraq
eqronomik tələblər meydana çıxır.
Eqronomik tələblər dedikdə, məmulatın istismar
prosesində insan orqanizminə müvafiq olması və onun istismarının optimal
şəraitdə təmin olunması başa düşülür
. Beləliklə, erqonomik tələblər məmulatının
istismarının pahatlığını təmin edir. Xalq istehlakı üçün nəzərdə tutulan
məmulatların ölçü və formaları insan bədəninə, onun ayrı-ayrı orqanlarına uyğun
olmalıdır. Məsələn, əl tutacağı olan məmulatlarda əl tutacağı rahat və gövdəyə
uyğun olmalıdır.
Ümumiyyətlə, bu tələblər məmulatın konstruksiyasını hazırlayan zaman nəzərə
alınmalıdır. Erqonomik tələblərin göstəriciləri əksər hallarda ekspert metodu ilə
müəyyən olunur.
Estetik tələblər. Son zamanlarda xalq istehlakına verilən tələblər içərisində
estetik tələblər xususi əhəmiyyət kəsb edir.Şübhəsiz ki,bu da adamların maddi-
rifah halının yaxşılaşdırılması və mədəni səviyyəsinin yüksəldilməsi ilə
əlaqədardır.Odur ki,hazırda sənayemizin buraxdığı məmulatların bədii tərtibatına
verilən tələblər daha da yüksəldilmişdir.
İstehlakçının istifadə etdiyi əşyalar onda gözəlliyə qarşı maraq oyatmalıdır.
«Gözəllik»,cəzbedicilik məmulatın formasının uyğunluğu,zövqü oxşaması,estetik
tələblərin əsasını təşkil edir.«Gözəllik» anlayışında məmulatın bütün müsbət
xassələri cəmlənir.
Gözəl tərtibat məmulatın yüksək keyfiyyətli olmasına hələ sübut deyildir.Ona
görə də məmulatlara verilən estetik tələbləri onlara qarşı qoyulan funksional,
gigiyenik, erqonomik və digər tələblərdən ayrı qiymətləndirmək olmaz. Onu da
göstərmək vacibdir ki, estetik tələbin xüsusi çəkisi müxtəlif təyinatlı məmulatlarda
eyni deyildir. Məsələn,işıqlandırıcı elektrik lampalarının keyfiyyətinə verilən
içərisində estetik tələbin gözlənilməsi bir o qədər vacib deyildirsə, lakin məişət
mamulatları olan dekorativ vaza və pəncərə pərdələrində estetik tələblər əsas
götürülür və funksional tələblərlə üst üstə düşür.
Estetik tələblərin göstəricilərindən biri də rəng göstəriciləridir. Rənglər yorucu,
bizikdirici olmamaqla, məmulatın təyinatlarına yuğun olmalıdır.
İqtisadi tələblər. Əmtəənin iqtisadi göstəricilərinə əmtəənin hazırlanmasına və
onun istismarına çəkilən xərclər daxildir. Əmtəənin istehsalına çəkilən xərclər onu
n pərakəndə qiymətini təyin edir və onun istismarı üçün çəkilən xərclər təmir
xərclərindən, elektir enerjisinə və yanacağa verilən xərclərindən, material və
ləvazimata sərf edilən xərclərdən ibarətdir. Bunların miqdarı isə ümumilikdə
həmin məhsulun keyfiyyətindən asılıdır
Dostları ilə paylaş: |