Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak


Məhsulun keyfiyyətinə bilavasitə təsir edən amillər lahiyələşdirmə



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

     Məhsulun keyfiyyətinə bilavasitə təsir edən amillər lahiyələşdirmə, 

modelləşdirmə və hazırlama keyfiyyəti daxildir. 

     Stimullaşdırıcı amillərə iqtisadi səmərəlik, fəhlələrin maddi 

marağı,keyifyyətsiz məhsul buraxılışına verilən sanksiyalar aiddir. 

     Yuxarıda göstərilən amillər də öz növbəsində obyektiv və subyektiv amillərə 

bölünür.Məhsulun keyfiyyətinə təsir edən obyektiv amillərə məmulatın 

konstruksiyası, istehsal bazasının texniki səviyyəsi,istehsalın mexanikləşdirilməsi 

və avtomatlaşdırılması dərəcəsi,müasir texnologiya və nəzarətin texniki vasitəsi 

istehsal bazasının texniki imkanları,istismar bazası və s. daxildir.Məhsulun 

keyfiyyətinə təsir edən obyektiv amillər,adətən əmək fəaliyyəti ilə əlaqədar 



olub,insanın istehsalat funksiyalarını yerinə yetirmə qabiliyyətindən və 

münasibətlərindən asılıdır.Bu amillərə ustalıq dərəcəsi,ümumi təhsil 

səviyyəsi,insanın psixoloji kamilliyi və əmək bəhrəsinə şəxsi marağı 

daxildir.İcraçının ustalıq dərəcəsi nə qədər yüksək olarsa,əməyin və məhsulun da 

keyfiyyəti bir o qədər yüksək olar.Subyektiv amillər obyektiv amillərə nisbətən 

sabit deyil. 

     Məhsulun keyfiyyətinə yüksək təsir edən obyektiv amillərdən bir də xammaldır. 

Xammalın kimyəvi tərkibini dəyişməklə lazimi xassəli məhsul almaq 

mümkündür.Məsələn,şüşə və çini məmulatlarının xammalının tərkibində dəmir 

oksidinin olması onların rənginə və istehlak xassələrinə,keyfiyyətinə mənfi təsir 

göstərir. Odur ki,şüşə və çini məmulatlarının təyinatından asılı olaraq onların 

xammalının kimyəvi tərkibi texniki-normativ sənədlərə əsasən normalaşdırılır.Onu 

da göstərmək lazımdır ki,xammalın təbiətini,quruluşunu və xassələrini bilərək 

ondan hazırlanacaq məhsulun xassələrini və xüsusiyyətlərini əvvəlcədən müəyyən 

etmək imkanı vardır.Bu cəhət məmulat istehsalı üçün xammal bazasını 

genişləndirməyə az əmək və vaxt sərf etməklə yüksək istehlak xassələrinə malik 

olan məhsul almağa,eləcə də çeşidi genişləndirməyə imkan verir.Bu baxımdan 

xammalın məqsədəuyğun tətbiq edilməsinə xüsusi əhəmiyyət verilməli,hazır 

məhsulu istehlak xassələrinə (keyfiyyətinə) heç bir xətər dəyməmək şərtilə,baha 

qiymətli xammalı nisbətən ucuz xammalla əvəz etmək mümkündür. 

     Xammalı kimyəvi tərkibinə görə üzvi və qeyri-üzvi,mənşəyinə görə təbii,süni 

və sintetik qruplara bölmək olar. 

     Əgər təbii xammal zəruri xassələr kompleksinə malik deyildirsə,və yaxud çox 

zəhmət və xərc tələb edirsə,o zaman süni və sintetik mallardan istifadə etməklə 

təbii xammalı qismən və yaxud tamamilə əvəz etmək mümkündür. 

     Tətbiq sahəsindən asılı olaraq bəzi hallarda süni və sintetik malların keyfiyyəti 

təbii xam materiallardan müəyyən qədər yüksək olur. 

     Hazır məmulatın keyfiyyətinə təsir edən əsas amillərdən biri də məmulat 

konstruksiyasıdır.Məmulatın konstruksiyası ondan istifadənin pahatlığını,xarici 



görünüşün gözəlliyini,səmərəliliyini,etibarlılığını,təmirin mümkünlüyünü və 

uzunömürlülüyünü təmin etməlidir. 

İstehsalın texniki səviyyəsi inkişaf etdikcə əhalinin mədəni səviyyəsi və məhsulun 

istehlak xassələrinə verilən tələblər yüksəldikcə məmulatın konstruksiyası da 

təkmilləşdirilir. 

     Məlum olduğu kimi xalq istehlakı mallarının keyfiyyəti istehsalın müxtəlif 

mərhələlərində formalaşdırılır.Belə mərhələlərdən biri də texnoloji 

emaldır.Texnoloji emal xammal və material xassələrinin dəyişilməsinə xüsusi təsir 

göstərir. 

     Texnoloji emal nəticəsində məmulata zəruri forma,lazımi xarici 

görünüş,istifadə zamanı etibarlılıq və onun təyinatına müvafiq istehlak xassələri 

verilir. 

     Texnoloji emal zamanı əsas xammalın və hazır məhsulun xassələrini və 

xüsusiyyətlərini nəzərə almaq lazımdır.Təkrar emal prosesində əsas xammal 

müxtəlif fiziki-kimyəvi və digər təsirlərə məruz qalır ki,nəticədə onun 

görünüşü,xassələri və keyfiyyəti formalaşır.Məsələn,çini məmulatının keyfiyyəti 

əsasən bişirilmə temperaturundan və şəraitindən asılıdır. 

     Texnoloji rejimin pozulması nəticəsində məhsulun yararsız hala gətirən 

nöksanlar baş verə bilər. 

   


  İstehsal olunmuş malların keyfiyyətinə verilən ümumi tələblər.

 Sənaye 

tərəfindən buraxılan bütün mallar müəyyən tələblərə cavab verməlidir.Tələblər 

dedikdə,müəyyən vaxt ərzində onun təyinatına görə istifadəsinin mümkünlüyünü 

təyin etmək üçün malın müvafiq olduğu şərait və xüsusiyyətlər başa 

düşülür.Keyfiyyətə verilən tələblər əhalinin maddi və mədəni səviyyəsindən,malın 

təyinatından,xammal ehtiyatlarından,istehsalın texniki-iqtisadi imkanlarından və 

mal haqqında olan məmulatın səviyyəsindən çox asılıdır.Tələblərin səviyyəsi ilə 

malların keyfiyyəti arasında müəyyən qeyri-mütənasiblik vardır ki,bu da fasiləsiz 

olaraq malların keyfiyyətinin yeksəldilməsinə və çeşidinin yeniləşdirilməsinə 

imkan yaradır.İqtisadiyyatın və elmi-texniki tərəqqinin inkişafı,əhali tələblərinin 

dəyişilməsi və yeni-yeni xammal növlərinin meydana gəlməsi nəticəsində mallara 



verilən tələblə də dəyişir.Ümumiyyətlə,xalq istehlakı mallarına cari; 

prespektiv,ümumi və spesifik tələblər verilir.

 

Cari tələblər 



həmin dövrdə satışa daxil olan mallara verilən tələblərdir.Bu tələb 

irəli sürülərkən ölkənin sosial-iqtisadi inkişafı,istehsalın texniki-iqtisadi imkanları 

və s. şərtlər nəzərə alınmalıdır.Cari tələblər dövri olaraq nəzərdən keçirilir və 

dəyişdirilir. 

Əhalinin artmaqda olan tələblərini daha dolğun ödəmək üçün bir qayda olaraq 

istehsal prosesləri təkmilləşdirilməli,istehsalatda daha dəqiq və məhsuldar maşınlar 

tətbiq edilməli,yeni xammal növləri aşkar edilməlidir.Məhz buna görə də malların 

keyfiyyətinə nəzarət etmək üçün perspektiv tələblər irəli sürülür.

Perspektiv tələblər 

malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks 

göstəricilərin cəmindən ibarətdir.Keyfiyyətə verilən cari tələblər həm də perspektiv 

tələblərin əsasını təşkil edir.Perspektiv tələblərin tərtib edilməsi elmi,istehsalı və 

istehsalla istehlak arasındakı əsas halqa olan ticarəti,məmulatın keyfiyyətini 

yüksəltməyə və daima təkmilləşdirməyə vadar edir.

Elmi-texniki tərəqqinin inkişafı 

ilə əlaqədar olaraq perspektiv tələblər cari tələblər qrupuna keçir və standartlar 

üzrə sənədləşdirilir. 

Malların keyfiyyətinə verilən 

ümumi tələblər 

cari və perspektiv tələblərdən fərqli 

olaraq malın təyinata uyğunluğu,istifadəyə yararlılığı,insan üçün 

zərərsizliliyini,insan orqanizmində normal həyat fəaliyyətini təmin 

edilməsini,

müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığı,təmirin 

mümkünlüyü və sadəliyini estetik və erqonomik tələbləri özündə cəmləşdirir. 

Bəzi qrup malların təyinatından və istismar şəraitindən asılı olaraq onların 

keyfiyyətinə bir 

sıra spesifik tələblər verilir

.Məsələn,şüşə və çini-kaşı 

məmulatlarının kəskin temperatur şəraitində istifadəsinin mümkünlüyünə verilən 

tələblər bu fəsildəndir. 

Mallara verilən cari,perspektiv,ümumi və spsesifik malın istehlakının hansı 

sahəsini xarakterizə etməsindən asılı olaraq 

sosioloji,funksional,erqonomik,gigiyenik,estetik. Texnoloji davamlılıq,etibarlılıq 

iqtisadi və s. kimi tələblərə bölünür. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin