məzmunundan aslı olaraq
standartların aşağıdakı növləri hazırlanır:
-əsas standartlar;
-məhsul və xidmət üçün standartlar;
-nəzarət metodları üçün standartlar.
Yayılmanın miqyasına görə aşağıdakı standartlar mövcuddur:
-milli
-regional
-dövlətlərarası
-beynəlxalq
Milli standart-bir ölkənin standartlaşdırma üzrə milli orqanı tərəfindən qəbul
olunmuş standartdır.
Regional standart-standartlaşdırma üzrə regional beynəlxalq təşkilatın qəbul
etdiyi standartdır
Dövlətlərarası standart-standartlaşdırma,metrologiya və sertifikatlaşdırma
sahəsində razılaşdırılmış siyasətin aparılmasına dair müqaviləyə qoyulmuş
dövlətlərin qəbul etdiyi və onlar tərəfindən bilavasitə tətbiq olunan standartdır
Beynəlxalq standart-standartlaşdırma üzrə beynəlxalq təşkilatın qəbul etdiyi
standartdır.
Beynəlxalq standartların əsas təyinatı yeni keyfiyyət sistemlərinin hazırlanması
və mövcud keyfiyyət sistemlərinin təkmilləşdirilməsi və onların
sertifikatlaşdırılması üçün beynəlxalq səviyyəli vahid metodiki əsasın(bazarın)
yaradılmasıdır.
Dostları ilə paylaş: