istifadə olunur, məsələn, ekspert kimi keçmiş fəaliyyətinin nəticələrinin statistik
təhlili əsasında namizədin qiymətləndirilməsi, namizədin verilmiş sahə üzrə
mütəxəssis kimi kollektiv şəkildə qiymətləndirilməsi, ekspertliyə namizədin özü-
özünü qiymətləndirməsi, namizədin səriştəliliyinin analitik müəyyənləşdirilməsi.
Ekspert qrupuna qiymətləndirilən məhsulun yaradılması və istismarı
sahəsində yüksəkixtisaslı və xüsusi hazırlıq keçmiş işçilər: tədqiqatçılar,
konstruktorlar, texnoloqlar, dizaynerlər, əmtəəşünaslar, iqtisadçılar və s. daxil
edilir. Qrupa daxil olan ekspertlərin sayı orta qiymətlərin dəqiqliyinə qoyulan
tələbdən asılıdır və burada 7-dən 20-dək adam ola bilər. Qiyabi sorğu zamanı
sorğuda iştirak edən ekspertlərin sayının yuxarı həddi məhdudlaşdırılmır.
Ekspert komissiyasının işinin əsas mərhələlərinin siyahısı və ardıcıllığı
aşağıdakılardan ibarətdir:
m
əhsulun keyfiyyətinin ekspert qiymətləndirilməsi üzrə işlərinin təşkili və
aparılmasına məsul olan şəxslərin təyin edilməsi;
e
kspert və işçi qrupların formalaşdırılması;
q
iymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin təsnifatlaşdırılması və
nomenklaturasının təyini;
e
kspertlərin sorğusunun aparılması üçün anket və izahat yazılarının
hazırlanması;
q
iymətləndirmə və ekspertlərin sorğusunun keçirilməsi;
e
kspert qiymətlərinin işlənməsi;
m
əhsulun keyfiyyətinin (və ya keyfiyyət göstəricilərinin) ekspert
qiymətləndirilməsi nəticələrinin təhlili və tərtibi.
Araşdırmalar göstərir ki, ekspert metodlarından istifadənin nəticələrində
subyektivliyin azaldılması və uyğun olaraq obyektivliyin yüksəldilməsi ekspert
işlərinin təşkili, hazırlığı və keçirilməsi qaydalarına riayət edilməsindən xeyli
dərəcədə asılıdır. Xüsusilə bu, ekspert qiymətləndirilməsinin təşkilinə və
keçirilməsinə məsul şəxsin təyin edilməsindən, həmçinin ekspert komissiyasının
formalaşdırılmasından asılıdır.
Dostları ilə paylaş: