Işçi qrupun rəhbərinin tabeçiliyində eksperlər üçün materialların texniki
cəhətdən hazırlanmasını, alınmış nəticələrin işlənməsini və s. həyata keçirən
texniki işçilər, həmçinin həll edilən problemlər üzrə mütəxəssislər olur.
Şəkil 1. Ekspert komissiyasının tipik strukturu
İşçi qrupun rəhbəri (təşkilatçısı) ekspert qrupunu formalaşdırır. O, problemin
qoyuluşunu həyata keçirir, qrupun fəaliyyət sahəsini müəyyənləşdirir, ekspert-
mütəxəssislərin ilkin siyahısını tərtib edir, bu siyahının keyfiyyət tərkibini təhlil
edir və siyahını dəqiqləşdirir, ekspertlərin işdə iştirakı üçün razılığını alır, ekspert
qrupunun yekun siyahısını tərtib edir.
Qrupda eksperlərin sayı müxtəlif amillərin və şərtlərin çoxluğundan, həll
olunan problemin vacibliyindən, mövcud imkanlardan asılıdır. Mütəxəssislər hər
bir namizədin keyfiyyətini təhlil edərək seçir. Bu zaman müxtəlif üsullardan
Dostları ilə paylaş: