Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

-tövsiyə xarakterində olması 

      Məhsulun keyfiyyətinin təmin edilməsi sahəsində qazanılmış təcrübə dərindən 

öyrənilməli,təhlil olunm alı və sistemləşdirilməlidir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müh. 4.  Keyfiyyət göstəricilərinin  qiymətləndirilməsi 

metodlları haqqında ümumi məlumatlar 

Fiziki  kəmiyyətlər  keyfiyyəti  təyin  edən  xassələrin  ifadəsi  kimi  istifadə 

olunur. Lakin «fiziki kəmiyyət» və «keyfiyyət göstəricisi» bir-biri ilə eyni deyildir. 

Belə  ki, 

fiziki  kəmiyyətlər  təbiətin  obyektiv  xassələrini  əks  etdirir,  keyfiyyət 

göstəriciləri isə konkret şəraitdə ictimai tələbatı xarakterizə edir. 

QOST 15467-79 

«Məhsulun  keyfiyyətinin  idarə  edilməsi.  Əsas  anlayışlar.  Terminlər  və  təyinlər» 

standartına uyğun  olaraq məhsulun keyfiyyət göstəricisi –  məhsulun keyfiyyətinə 

daxil  olan  bir  və  ya    bir  neçə  xassələrin  kəmiyyət  xarakteristikasıdır.  Keyfiyyət 

göstəriciləri  də  fiziki  kəmiyyətlər  kimi  ölçüyə  malik  ola  bilər  və  ya  ölçüsüz  ola 

bilər. 


Məhsulun  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  üçün,  bütün  keyfiyyət 

göstəriciləri  qruplaşdırılmışdır.  Keyfiyyət  göstəricilərinin  qruplarının  təsnifatı 

aşağıdakı  kimidir  təyinat  göstəriciləri;  etibarlıq  göstəriciləri;  xammal,  material, 

yanacaq  və  enerjidən  səmərəli  istifadə  göstəriciləri;  texnolojililik  göstəriciləri; 

nəqletməyə yararlılıq göstəriciləri; erqonomik göstəricilər; ekolojililik göstəriciləri; 

təhlükəsizlik  göstəriciləri;  estetik  göstəricilər;  standartlaşdırma  və  unifikasiya 

göstəriciləri; patent-hüquq göstəriciləri; iqtisadi göstəricilər. 

Texniki  ölçmələrdə  fiziki  kəmiyyətlər  necə  rol  oynayırsa,  kvalimetriyada  da 

keyfiyyət  göstəriciləri  həmin  rolu  oynayır.  Lakin  bu  kəmiyyətlərin  qiymətləri 

ölçmə  obyekti  (keyfiyyət)  haqda  hələ  bir  şey  demir.  Keyfiyyətin  ölçülmə 

sxemlərindən biri iki mərhələdən ibarətdir: 

1) keyfiyyət göstəricilərinin qiymətlərinin təyin edilməsi; 

2) keyfiyyət göstəricilərinin qiymətlərinin müqayisə edilməsi. 

Əgər keyfiyyət göstəricilərinin qiymətləri hesabat yolu ilə tapılmırsa, onda bu 

məqsədlə  ölçmələr  aparılır.  Ölçmələr  alət  və  ekspert  metodları  vasitəsilə  aparılır. 

Orqanoleptik və sosioloji ölçmə metodları ekspert metoduna aiddir. 

Aləti  ölçmələr  texniki  ölçmə  vasitələrindən  istifadəyə  əsaslanır.  Bu  metodla 

məhsulun  kütləsi,  məmulatın  qabarit  ölçüləri,  imtinaya  qədər  iş  payı  və  s.  təyin 




olunur. Ölçmələr hər hansı bir ölçü şkalası üzrə yerinə yetirilir, əksər hallarda isə 

nisbətlər şkalasından istifadə olunur. 

Aləti  ölçmələr  xalq  təsərrüfatının  bütün  sahələrində  və,  ələlxüsus,  sənayedə 

geniş  yayılmışdır.  Özünün  obyektivliyinə,  yüksək  dəqiqliyinə  və  ölçmələrin 

avtomatlaşdırılması imkanlarına görə bu metod daha üstündür. 

Keyfiyyət göstəricilərinin ekspert metodu ilə ölçülməsi o zaman tətbiq olunur 

ki,  texniki  ölçmə  vasitələrindən  istifadə  mümkün  deyil,  çətindir  və  ya  iqtisadi 

cəhətdən  əlverişli  deyildir.  Bu  metod  ən  çox  erqonomik  və  estetik  göstəriciləri 

təyin edən zaman istifadə olunur. Ekspertlər tərəfindən bütün ölçü şkalaları, əksər 

hallarda isə cərgə və intervallar şkalaları istifadə olunurlar. 

Ölçmələrin  orqanoloptik  metodunda  ilkin  ölçmə  dəyişdiricisi  kimi 

ekspertlərin  hissiyat  orqanlarından  istifadə  olunur  –  görmə,  eşitmə,  dad,  daxilən 

hissetmə.  Orqanoleptik  metod  tibbdə,  yeyinti  və  ətriyyat  sənayesində  geniş 

yayılmışdır. 

Aləti  və  orqanoleptik  ölçmələrin  birləşməsi  olan  kombinator  metodu  da 

məhsulun keyfiyyətini təyin etmək üçün istifadə olunur. 

Keyfiyyət  göstəricilərinin  sosioloji  ölçmə  metodu  əhalinin  və  ya  onun  ayrı-

ayrı  sosial  qruplarının  kütləvi  dindirilməsinə  əsaslanır.  Burada  hər  bir  dindirilən 

şəxs  ekspert  rolunu  oynayır.  Dindirmə  anketləşdirmə,  səsvermə  və  s.  yolu  ilə 

aparılır.  Bu  metod  elmi  əsaslandırılmış  informasiya  yığımı  sisteminin 

yaradılmasını, avtomatik vasitələrin və hesablama texnikasının geniş tətbiqini tələb 

edir.  Sosioloji  metod  xalq  istehlakı  mallarının  keyfiyyət  göstəricilərinin 

qiymətlərinin təyin edilməsi, ictimai rəyin öyrənilməsi və sair üçün tətbiq olunur. 

Ölçmələrin  köməyi  ilə  adətən  keyfiyyətin  fərdi  göstəricilərinin  qiymətləri 

təyin  edilir.  Patent-hüquq  və  iqtisadi  göstəricilər,  məhsulun  eynicinslilik 

göstəriciləri,  standartlaşdırma  və  unifikasiya  göstəriciləri  hesabat  yolu  ilə  təyin 

edilir.  Hesabat  vasitəsilə  həmçinin  kompleks  göstəricilərin  qiymətləri  tapılır. 

Burada  çəki  əmsallarının  təyin  olunması  adətən  ekspert  və  yaxud  aləti  metodlar 

vasitəsilə  aparılır.  Bütün  hallarda  ölçmələrin  nəticələri  təsadüfi  qiymətlər 

olduğundan burada ehtimal nəzəriyyəsindən istifadə olunmalıdır. 




Keyfiyyət göstəricilərinin müqayisəsi intervallar şkalasına və yaxud nisbətlər 

şkalasına görə aparıla bilər . 

Keyfiyyətin intervallar şkalasına və ya nisbətlər şkalasına görə ölçülməsi daha 

çox  informasiya  verir  və  «nə  qədər»  və  ya  «neçə  dəfə»  bir  əşyanın  keyfiyyəti 

digərindən  yüksəkdir  və  ya  aşağıdır  sualına  cavab  verir.  Bunun  üçün  keyfiyyətin 

ümumiləşmiş kompleks göstəricilərini müqayisə etmək lazımdır. 

Keyfiyyətin  nisbətlər  şkalası  üzrə  ölçülməsi  o  zaman  mümkündür  ki, 

keyfiyyət  göstəricilərinin  bütün  qiymətləri  nisbətlər  şkalası  üzrə  təyin  edilmiş 

olsun.  Əgər  bu  göstəricilərdən  birinin  qiyməti  intervallar  şkalası  üzrə  təyin 

edilmişdirsə, onda keyfiyyət ancaq intervallar şkalası üzrə ölçülə bilər. Əgər bircə 

qiymət  də  cərgə  şkalası  üzrə  ölçülmüşdürsə,  onda  keyfiyyətin  ölçülməsi  ancaq 

cərgə şkalası üzrə mümkündür. 

Kyefiyyətin  ölçülməsinin  nəticəsi  müqayisə  üçün  seçilmiş  nümunədən 

asılıdır.  Əgər  bu  nümunənin  keyfiyyəti  aşağıdırsa,  onda  onunla  müqayisə  olunan 

məmulatın keyfiyyəti də aşağı olur və əksinə. Müqayisə üçün nümunənin seçilməsi 

(ona  baza  və  ya  etalon  deyilir)  kvalimetriyada  çox  çətin  məsələdir  və  böyük 

məsuliyyət  tələb  edir.  Çünki  nümunəni  çox  yüksək  və  ya  çox  aşağı  keyfiyyətli 

seçdikdə o, müəyyən çətinliyə gətirir. Belə ki, birinci halda o, keyfiyyətin daha da 

yüksəldilməsi  üçün  xərclərin  lazımsız  artmasına,  ikinci  halda  isə  məhsulun 

keyfiyyətinin yüksəldilməsi üçün stimulun aşağı düşməsinə gətirib çıxaracaq. 

Etalon nümunələr (keyfiyyət etalonu) özünün təyinatına görə 3 qrupa bölünür: 

1.  Keyfiyyətin  nail  olunmuş  səviyyəsini  əks  etdirən  etalonlar  (sahədə,  xalq 

təsərrüfatında, dünyada və i.a.). Bu etalonların əsas vəzifəsi seriyalı istehsal olunan 

məhsulun attestasiyası zamanı onun keyfiyyətini qiymətləndirməkdir. 

2.  Keyfiyyətin  perspektiv  səviyyəsini  əks  etdirən  etalonlar.  Onlar  qabaqlama 

xarakteri  daşıyır  və  elmi-texniki  tərəqqini  stimullaşdırmaq  üçündür.  Bu  etalonlar 

texniki  tapşırıqların  işlənməsi  və  verilməsi,  həmçinin  texniki  və  işçi  layihələrin 

tərtib olunması zamanı istifadə olunur. 

3.  Xüsusi  etalonlar.  Bu  etalonlar  xüsusi  məsələləri  həll  etmək  üçündür. 

Məsələn,  keyfiyyətin  dinamikasının  təyin  olunması  və  təhlili,  ayrı-ayrı  kompleks 




göstəriciləri  müqayisə  etmək  və  s.  Etalonun  müqayisə  üçün  istifadə  olunan 

keyfiyyət  göstəriciləri  (fərdi  və  kompleks)  baza  adlanır.  Ölçmələrin  vəhdətini 

təmin etmək üçün etalonun və keyfiyyətin baza göstəricilərinin seçilməsi normativ 

sənədlə  qanuniləşdirilməlidir:  dövlət  və  ya  beynəlxalq  standartla,  texniki  şərtlərlə 

və  s.  Elmi-texniki  tərəqqinin  durmadan  inkişafı  baza  göstəricilərinin  tez-tez 

yenidən baxılmasını tələb edir. Etalonun təsir müddəti adətən 3 ildən artıq olmur. 

Etalon  müqayisə  vahidi  rolunu  oynayır  və  bununla  məhsulun  keyfiyyəti 

müqayisə olunur. Əgər məhsulun nisbi göstəricilərinin bütün qiymətləri vahiddən 

çoxdursa,  onda  məhsulun  keyfiyyəti  etalonun  keyfiyyətindən  yüksəkdir,  əgər 

azdırsa – onda aşağıdır. 

Əgər nisbi göstəricilərin bir hissəsi vahiddən böyük, bir hissəsi isə kiçikdirsə, 

onda  nisbi  göstəriciləri  keyfiyyətin  ümumiləşmiş  kompleks  göstəriciləri  ilə 

xarakterizə edirlər. 

Göstəricilərin  geniş  nomenklaturasını  yeganə  bir  keyfiyyət  göstəricisinə 

çevirmək böyük informasiya itgisi ilə bağlıdır. Bu itginin böyük təsirinin olmaması 

üçün göstəricilərin ümumi sayından elələrini seçirlər ki, onlar keyfiyyətin hər hansı 

bir tərəfini xarakteririzə etsin (estetik, ekonomik və digərini). Bu cür göstəricilərin 

köməyi ilə, məsələn, məhsulun hazırlanma keyfiyyətinin səviyyəsi, onun normativ, 

texniki və texniki-iqtisadi səviyyəsi təyin edilir. 

Məhsulun hazırlanmasının keyfiyyət səviyyəsi onun keyfiyyət göstəricilərinin 

faktiki  qiymətlərinin  (istismara  başlayana  qədər)  normativ-texniki  sənədlərin 

tələblərinə uyğunluq dərəcəsini xarakterizə edir. 

Məhsulun  keyfiyyətinin  normativ  səviyyəsi  hər  cür  hüquqi  məsələlərin  həlli 

zamanı istifadə olunur. 

Texniki səviyyə məhsulun keyfiyyət göstəricilərinin elə məcmuudur ki, oraya 

iqtisadi  göstəricilər  daxil  olmur.  Bu  göstərici  adətən  məhsulu  xarici  ölkələrin 

məhsul  nümunələri  ilə  müqayisə  edən  zaman  lazım  olur.  Belə  ki,  iqtisadi 

göstəriciləri xarici ölkə məhsulunu müqayisə edən zaman istifadə etmək mümkün 

olmur,  çünki  xaricin  məhsulun  layihələndirilməsi,  hazırlanması  və  istismarının 

iqtisadi göstəriciləri əksər hallarda məlum deyildir. 




Məhsulun  keyfiyyətinin  ən  geniş  və  ümumiləşmiş  xarakteristikası  onun 

texniki-iqtisadi  səviyyəsidir.  Bu  səviyyəyə  iqtisadi  göstəricilər  də  daxildir.  O, 

məhsulun attestasiyası zamanı keyfiyyətin kateqoriyasını təyin etmək üçün istifadə 

olunur. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin