ehtiyyatlarından və istehsalın texniki-iqtisadi imkanından asılı olaraq
müxtəlifdir. Malların keyfiyyət göstəriciləri cəmiyyətin, elm və texnikanın,
texnologiyanın, iqtisadiyyatın inkişafı,yeni xammal növlərinin aşkar edilməsi və
tələbatın artması ilə əlaqədar olaraq daima yüksəlir və onun qiymətləndirilməsi
metodları da təkminləşdirilir.
Xalq istehlakı malların öz təyinatına uyğunluğu, istismar zamanı rahatlığı,
yararlı olması,xidmət müddəti,möhkəmliyi,istehsalına sərf edilən
vaxt,standartlaşdırmanın optimal səviyyəsi,qiyməti,maya dəyəri,material və əməyə
qənaət,formasının gözəl olması,sadəliyi,yüngül olması,ölçülərinin istehlakçının
tələbinə uyğun olması və s. məmulatın konstruksiyasından asılıdır.Bu baxımdan
xalq istehlakı mallarının keyfiyyətinin yüksəldilməsində rəssam-konstruktorların
rolu da olduqca böyükdür.
Hər bir məhsulun keyfiyyəti,onun məzmunu,əlaməti və xassələriilə müəyyən
edilir.Deməli, keyfiyyət hər hansı bir məmulatın öz obyektiv xassəsindən,
mahiyyətindən irəli gəlir və onunla şərtlənir.
Ona görə də məhsulun keyfiyyəti dedikdə birinci növbədə onun istehlakçının
tələbatına uyğunluğu başa düşülür.
Buraxılan məhsulun keyfiyyətinə bir sıra amillər təsir edir. Həmin amillər
məhsulun keyfiyyətinə bilavasitə təsir edən və keyfiyyəti stimullaşdıran amillər
kimi iki qrupa ayırmaq olar.
Dostları ilə paylaş: