deyildirsə,o yararlı xassələrə malik olsada yüksək keyfiyyətə malik ola bilməz.
K.Marks göstərirdi ki,istehlakcılar malı ona görə almırlar ki,onun dəyəri vardır,ona
kompleksindən,həmçinin,malın funksional,estetik,E qronomik və digər tələblərə
müvafiq olmasından asılıdır.
Yüksək keyfiyyətli mal insanların istehlak tələbini daha dolğun ödəyir və böyük
sorğuya malik olur,əksinə aşağı keyfiyyətli mallar isə özünə alıcı tapa bilmir.
Nəticə etibarilə keyfiyyətsiz mallar ticarət şəbəkələrində yığılıb qalmaqla xalq
təsərrüfatına böyük ziyan vurur.Ona görə də,buraxılan məhsulun keyfiyyətinin
yüksəldilməsi dövlət əhəmiyyətli məsələlərdəndir.
Keyfiyyət anlayışı ən çox fəlsəfə və əmtəəşunaslıqda işlədilir.Fəlsəfədə
keyfiyyət məhsulun daxili müəyyənliyi kimi başa düşülür. Keyfiyyət hadisəyə
nisbi mövcudluq verən müəyyənlikdir və onun dəyişməsi ilə həmin hadisə də
dəyişir.
Məhsulun keyfiyyəti,onun müəyyən xassələri ilə eyniyyət təşkil etmir.
Xassə
məhsulun xaricini,keyfiyyət isə daxilini müəyyənliyidir.D
aha
sonra məhsulun
keyfiyyəti xassələrin cəmi kimi,yalnız cismin xarici əlaqələrində və başqa
cisimlərə münasibətindən üzə çıxır.
Keyfiyyətin fəlsəfi anlayışı əmtəəşunaslığın keyfiyyət anlayışından genişdir.
Əmtəəşunaslıqda «keyfiyyət» anlayışı bəzən kafi qiymətləndirmə kimi başa
düşülür.Əslində keyfiyyət malın və yaxut da məmulatın xassələrindən
yaranır.Deməli,mal və ya məmulat sinfi cəmiyyətin tələbatını ödəmək üçün
müəyyən yararlı xassələrə malik olmalıdır
Yeri gəlmişkən onu da göstərmək lazımdır ki,keyfiyyət və istehsal xərcləri
arasında sıx əlaqə vardır.Məlumdur ki,məhsulun keyfiyyətinin yüksəldilməsi özü
ilə bərabər müəyyən xərclər tələb edir.Bunun elmi cəhətdən təsdiq edilməsinin
keyfiyyətin planlaşdırılması və yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır.
Ümumiyyətlə,keyfiyyətin yüksəldilməsindən söhbət gedərkən yalnız
maksimum xərclə keyfiyyətə nail olmaqla deyil,eləcə də xərclə mənfəət arasında
daha əlverişli nisbət və ya minimum xərclə optimal keyfiyyətə nail olma imkanını
nəzərə almaq lazımdır.Deməli,keyfiyyət məsələsinə tələbatı və xalq təsərrüfatının
imkanını nəzərə almaqla yanaşmaq lazımdır.Bu o deməkdir ki,keyfiyyətin
yüksəldilməsinin planlaşdırılması və stimullaşdırılması zamanı ən yüksək texniki
səviyyəni deyil,məmulatın elə keyfiyyət səviyyəsini nəzərə almaq lazımdır ki,o
mövcud xassələri ilə öz funksional tələbini daha yaxşı ödəyə bilsin.Odur ki,hər bir
istehsal müəssisəsi məhsul istehsal edərkən xalq təsərrüfatı üçün yararlı olmaq
nöqteyi nəzərindən keyfiyyətin əldə edilməsi üçün lazım olan xərcləri elmi
əsaslarla təhlil etməlidir.Xərclərin təhlili keyfiyyətin elmi cəhətdən
optimallaşdırılması üçün ilkin şərt olmaqla müəyyən xərcləri azaltmağa imkan
verir ki,bu da nəticə etibarilə müəssisənin rentabelliyini təmin edir.
Buradan bir daha aydın olur ki,
keyfiyyəti hərtərəfli və tam qiymətləndirmək
üçün tətqiqat laboratoriyasının nəticəsindən sonra qəti mühakimə söyləmək
olar.Onu da göstərmək lazımdır ki,məhsulun keyfiyyəti yalnız istehlak xassələrinin
məcmuu ilə deyil və həm də məmulatın dəyəri ilə qiymətləndirilir.Məsələn,yüngül
sənaye sahəsində görkəmli mütəxəssiz hesab edilən professor Q.P.Zıbin
ayaqqabının keyfiyyət kriteriyasını təyin edərkən ayaqqabının
rahat,möhkəm,gigienik,gözəl«yaraşıqlı» və ucuz başa gəlməsini əsas
götürmüşdür.Yuxarıda deyilənlərdən aydın olur ki,sənaye mallarının keyfiyyətinə
verilən əsas tələblər məmulatın ucuz başa gəlməsilə bərabər,istehlakcının həyat
tələbatını nümunəvi ödəməsindən də ibarətdir.
Dostları ilə paylaş: