Azərbaycanda ali təhsilin tarixi
çox qədim olub, X əsrə təsadüf edir. Bu dövr-
də islam dininin təsiri ilə iki pilləli – orta və ali təhsil verən mədrəsələr yaranmağa
başlayır. İlk mədrəsələr Təbrizdə, Bağdadda, Dəməşqdə yaranmışdır (Beyhəqiyyə,
Sədiyyə, Nizamiyyə mədrəsələri). Azərbaycan ərazisində ilk mədrəsələr Marağada,
Naxçıvanda, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərmişdir. XII əsrdə mədrəsə
təhsili almış bir çox mütəfəkkirlər yetişmişdir (Əbül Üla Gəncəvi, Nizami Gəncəvi,
Məhsəti Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Xətib Təbrizi və b.). Onların bir
çoxu mədrəsə və akademiyalarda müəllimlik etmişlər.
XVII əsrdə mədrəsələrin şəbəkəsi xeyli genişlənir. Səfəvilər sülaləsi şiəliyi
yaymaq üçün iri mədrəsələr açırdı. Təbrizdə 47, Şamaxıda 7 belə mədrəsə olmuşdur.
XIX əsrin əvvəllərində (1813-1828) Şimali Azərbaycan Rusiyanın tərkibinə
daxil edildikdən sonra ənənəvi məktəb və mədrəsələrlə yanaşı, yeni tip məktəblər –
qəza məktəbləri, müsəlman məktəbləri, rus-tatar (müsəlman – İ.M.) məktəbləri də
fəaliyyət göstərirdi. Məktəblər üçün müəllim kadrları hazırlığına başlandı. 1876-cı
ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası təsis edildi.
Bu işdə görkəmli maarifçi M.F.Axundzadənin böyük xidmətləri olmuşdur.
Üç ildən sonra – 1879-cu ildə Seminariya nəzdində Azərbaycan şöbəsi yaradıldı,
1918-ci ilin noyabrında Qazaxa köçürüldü və müstəqil Seminariya kimi (Qazax
Müəllimlər Seminariyası) fəaliyyətə başladı. Seminariyanın məzunları içərisində
C.Məmmədquluzadə, S.S.Axundov, N.Nərimanov, R.B.Əfəndiyev, F.B.Köçərli, Ü.Hacı-
bəyli, M.Maqomayev və b. kimi tanınmış elm, ədəbiyyat, incəsənət, dövlət xadimləri,
pedaqoqlar vardır.
11
Azərbaycanda təhsil, o cümlədən ali təhsilin inkişafında ADR-in (1918-1920)
böyük xidmətləri olmuşdur. ADR milli kadrların hazırlanmasına xüsusi diqqət
yetirmişdir: yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrin tanınmış ali məktəblərinə
göndərildi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universiteti iki fakültə ilə (tibb və
tarix-filologiya) fəaliyyətə başladı.
1921-ci ildə Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji İns-
titutu, Qadın Məktəbəqədər Tərbiyə İnstitutu (sonralar Azərbaycan Dövlət Pedaqoji
İnstitutuna birləşdirildi), Şərqdə ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi açıldı.
1926-cı ildə Azərbaycanda 5 mindən çox tələbəsi olan 5 ali məktəb fəaliyyət
göstərirdi. 1929-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açıldı.
1928-ci ildən Azərbaycan üçün Rusiyanın ali məktəblərində də kadrlar hazır-
lanmağa başlanmışdı.
30-cu illərdə respublikada ali məktəblərin şəbəkəsi bir qədər də genişlənir.
Azərbaycan Dövlət Universiteti ləğv edilərək onun fakültələri bazasında 1930-cu ildə
Tibb İnstitutu, Sovet Quruculuğu və Hüquq İnstitutu açıldı.
1
1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa olundu. 1935-ci ildə ADPİ
yanında Müəllimlər İnstitutu açıldı.
1941 – 1945-ci illər müharibəsindən sonrakı dövrdə yeni ali məktəblər yaradıldı:
1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Pedaqoji Xarici Dillər İnstitutu,
1950-ci ildə Politexnik İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu, 1981-
ci ildə Gəncə Texnologiya İnstitutu təsis olundu.
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra milli təhsil konsepsiyası hazırlandı, Təhsil Qanunu qəbul edildi. 1992/93-cü
dərs ilində ali və orta ixtisas məktəblərinə qəbul test üsulu ilə həyata keçirildi.
XXI yüzilliyin başlanğıcında təhsil sistemində, o cümlədən ali təhsildə islahat-
lara başlandı. Dövlət təhsil müəssisələri ilə yanaşı qeyri-dövlət (özəl) ali məktəblər də
yaradıldı. 2000-ci ilin əvvəlində Azərbaycanda 18 qeyri-dövlət ali təhsil müəssisəsi
fəaliyyət göstərirdi.
1
İsmayılova E., Həsənov C., Qaffarov T. Azərbaycan tarixi. B., “Öyrətmən”, 1995, s. 168.
12
Müstəqilliyin ilk illərində keçid dövrü ilə əlaqədar ali təhsil müəssisələrində
müəyyən çətinliklər olsa da, sonrakı illərdə respublikanın iqtisadi inkişafı ilə bağlı
vəziyyət yaxşılaşdı: ali məktəblərin maddi bazası möhkəmləndi, tədris binalarında
təmir-tikinti, abadlıq işləri aparıldı, yeni tədris korpusları inşa edildi, tədrisin key-
fiyyətinin yüksəldilməsi, müəllimlərin maddi durumunun yaxşılaşdırılması üçün
tədbirlər həyata keçirildi. Ali məktəblərin bir çoxu yüksək göstəricilər əldə etdi.
Dostları ilə paylaş: |