qiqatın xarakterinə uyğun şəkildə dəyişikliyə uğrayaraq
konkret elmi metodlar
formasında tətbiq olunur.
Pedaqoji tədqiqatda istifadə olunan
konkret elmi metodları
4 qrupa bölmək olar:
a) empirik tədqiqat metodları; b) nəzəri tədqiqat metodları; c) empirik-nəzəri tədqiqat
metodları; ç) pedaqoji tədqiqatda riyazi –
statistik, sosioloji metodlar.
Empirik tədqiqat metodları
müəyyən faktlar toplamağa xidmət edir. Bu me-
todlara daxildir: pedaqoji müşahidə, pedaqoji müsahibə, anket sorğusu, pedaqoji kon-
silium, pedaqoji sənədlərin və fəaliyyət məhsullarının öyrənilməsi metodları.
Nəzəri tədqiqat metodları
nəzəri mənbələrin öyrənilməsi, təhlili və nəticə çı-
xarılması məqsədi güdür. Nəzəri tədqiqatlar praktik faktlar səviyyəsində yox, əsasən,
pedaqoji anlayışlar səviyyəsində aparılır və pedaqogikanın köklü problemlərinə (mə-
sələn, pedaqoji qanun və prinsiplərin tədqiqi, şəxsiyyətin formalaşması amillərinin
öyrənilməsi və s.) həsr olunur.
Nəzəri tədqiqat metodlarına daxildir: təhlil və tərkib, induksiya və deduksiya,
modelləşdirmə, müqayisəli-tarixi təhlil metodları.
Pedaqoji tədqiqatda bəzən
Dostları ilə paylaş: