Bioloji amillərin rolunu şişirdən nəzəriyyələr
(“İrsiyyət”, “biogenetik”, “Praq-
matizm”, “Freydizm”, “İrqçilik”, “Elita” və b.) şəxsiyyətin inkişafını ancaq bioloji
amillərlə izah edir: guya şəxsiyyətin bütün xüsusiyyətləri – şüuru, xarakteri, qa-
biliyyətləri, göz və qulaq kimi, irsən hazır verilir.
Sosial amillərin rolunu şişirdən nəzəriyyələr
(“Ağ lövhə”, “Azad tərbiyə” və
b.) insanı ağ (təmiz) lövhəyə bənzədir, şəxsiyyətin formalaşmasını ancaq sosial
amillərlə – tərbiyə və mühitin təsiri ilə izah edirlər. Guya insan doğularkən özü ilə
heç nə gətirmir, təmiz lövhə kimi dünyaya gəlir; həyatda bu lövhənin üstündə nə is-
təsən yazmaq olar.
İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr
(“Konvergensiya”, “İstedad-
lılıq”, “İki amil” nəzəriyyələri, “Pedalogiya” və b.) şəxsiyyətin inkişafını iki amillə –
irsiyyət və mühitlə izah edirlər.
Nəzərdən keçirilən hər üç istiqamət birtərəfli və yanlış olub, şəxsiyyətin inki-
şafında onun fəal rolunu inkar edir.
Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını bir-birinə qarşı qoy-
maq olmaz. Yalnız bu amillərin dialektik vəhdəti şəxsiyyətin inkişafı problemini
elmi-metodoloji əsasda başa düşməyə və həll etməyə imkan verir.
Dialektik nəzəriy-
yə
məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafında irsiyyət
amili müəyyənedici, sosial amillər və insanın fəallığı isə həlledici rol oynayır.
Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında onun
şəxsi fəallığının rolunu
da
qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o mühitə və tərbiyəyə,
habelə irsi imkanlarının reallaşmasına fəal təsir göstərə bilər. Şəxsiyyətin inkişafında
təhsil və tərbiyə ilə yanaşı, insanın özünütəhsili və özünütərbiyəsi də mühüm şərtdir.
İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji və sosial amillərin rolunu
bitkinin inkişafı ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün zəruri
olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar
(“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir).
Dostları ilə paylaş: