aparıcı yer tutur. Onun təsiri mühitin təsirindən bir çox cəhətdən fərqlənir:
- Mühit insana kortəbii, bəzən də mənfi
təsir göstərdiyi halda, tərbiyə məq-
sədyönlü və planlı təsirdir;
- Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir,
mənfi təsirlərini isə neyt-
rallaşdıra bilir;
- Tərbiyə insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü forma-
laşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni
dərəcədə məruz qalmır;
- İnsanın
mühitə münasibəti, bir çox cəhətdən,
tərbiyə ilə şərtlənir, onunla
tənzim olunur.
Tərbiyə bioloji amillərlə də sıx bağlıdır. O, insanın təbii (irsi) imkanlarının üzə
çıxarılması və inkişafına kömək göstərir.
Tərbiyə insanın həyat və fəaliyyətini təşkil etməklə
onun maraq və qabiliy-
yətlərinin inkişafına əlverişli şərait yaradır. Tərbiyə şəxsiyyəti “layihələşdirir”, onun
ahəngdar inkişafını istiqamətləndirir.
Şəxsiyyətin formalaşmasında insanın şəxsi fəallığının rolu
. İnsan mühitin və
tərbiyənin passiv obyekti kimi yox, fəal qüvvə kimi çıxış edir, mühitə və tərbiyə
prosesinə, özünün şəxsiyyət kimi formalaşmasına fəal təsir göstərir. Tərbiyə insanı
ancaq obyekt kimi qəbul edərsə, çox
şeydən məhrum olar, öz məqsədinə çata bilməz.
Nə irsiyyət, nə mühit, nə də tərbiyə insanın şəxsi fəallığı olmadan ona lazımi
dərəcədə təsir edə bilməz. Yalnız öz fəallığı sayəsində insan ətraf mühitlə münasibətə
girir, yalnız bu şərtlər onun irsi imkanlarını üzə çıxıb inkişaf etdirə bilər və tərbiyəvi
təsirlər lazımi nəticə verər. Əslində, insanın bioloji və sosial keyfiyyətləri onun şəxsi
fəallığında bir vəhdət halında özünü büruzə verir. İnsan mühitlə və tərbiyə ilə fəal
qarşılıqlı təsir prosesində şəxsiyyət kimi formalaşır, öz təbii imkanlarını reallaşdıra
bilir.
İnsanın şəxsi fəallığı müxtəlif formalarda təzahür edir: zehni, əmək, fiziki, bədii,
ictimai-siyasi fəallıq.
Nəzərdən keçirilən amillər – irsiyyət, mühit, tərbiyə və insanın şəxsi fəallığı bir-
27