ictimai rəyi, qəti tələbi böyük tərbiyə gücünə malikdir. Tələbələr kollektivin rəyinə
həssaslıqla yanaşır və ona ciddi reaksiya verirlər, onunla hesablaşırlar.
Buna görə də tələbə qruplarında sağlam ictimai rəyin formalaşmasına, onun ay-
rı-ayrı neqativ hallara qarşı yönəldilməsinə, haqqın, düzlüyün, ədalətin müdafiəsinə,
kollektivdə səmimi münasibətlərin yaranmasına yönəltmək çox vacibdir.
Gənclərin zehni, ideya-mənəvi tərbiyəsinə təsir edən amillər sırasında tələbə-
lərin
elmi biliklərə, bəşəri və milli dəyərlərə dərindən yiyələnməsi, müntəzəm şə-
kildə özünütəhsillə, mütaliə ilə
məşğul olması önəmli yer tutur. Elmlərə, bəşəri və
milli dəyərlərə yiyələndikcə gənclər zehni və mənəvi cəhətdən zənginləşir. Özünü-
təhsil və onun ən mühüm yolu olan müstəqil mütaliə gənclərin həm zehninə, həm də
mənəvi aləminə güclü təsir edir: özünütəhsil və özünütərbiyə kitabdan başlanır; bun-
suz insanı mənəvi boşluq gözləyir. Tələbə bu halda mədəni adamın ən yüksək səa-
dətindən – kitabla ünsiyyətdə olmaq, intelektual və estetik zövq almaq səadətindən
məhrum olur.
Burada başlıca qüvvə – müəllimdir; tələbələrdə biliyə, kitaba həvəs atəşini yan-
dıran ilk qığılcım – müəllimin dərin biliyi, erudisiyası, mütaliəsi, görüş dairəsi, mə-
dəniyyəti və şəxsi ziyalı nümunəsidir.
Dostları ilə paylaş: