Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı
Müəllimin pedaqoji fəaliyyəti onun şəxsi keyfiyyətlərindən ayrılmazdır. Başqa
peşə sahələrindən fərqli olaraq müəllimin şəxsiyyəti onun işinə – pedaqoji prosesə
bilavasitə təsir göstərir. Müəllim, ilk növbədə öz şəxsiyyəti ilə tərbiyə edir. Buna görə
də o, əsl mənada şəxsiyyət olmalı, kamil şəxsiyyət səviyyəsinə yüksəlməlidir. 
Müəllimin şəxsi keyfiyyətləri çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:
1.
Müəllimin ideya-vətəndaşlıq keyfiyyətləri
. Buraya müəllimin ideya inamı,
məslək və əqidəsi, vətəndaşlıq yetkinliyi, siyasi şüurluluğu, elmi dünyagörüşü, sosial
fəallığı, yüksək ziyalılığı kimi keyfiyyətlər daxildir. Müəllim yüksək əqidə, məslək
sahibi, müəllim-Vətəndaş olmalıdır. O, xalqın, vətənin problemləri ilə yaşamalı,
gəncliyi də bu ruhda yetişdirməlidir. 
2.
Müəllimin peşə keyfiyyətləri
. Buraya müəllimin dərin zehni biliklərə malik
olması, yüksək ixtisas və peşə hazırlığı, pedaqoji-psixoloji və metodik ustalığı, təlim-tər-
biyə işini yüksək səviyyədə həyata keçirmək bacarığı, nikbinlik, tələbkarlıq, məsuliyyət
hissi, pedaqoji mərifət, tələbə psixologiyasına bələdlik, onlarla düzgün qarşılıqlı mü-
nasibətlər qurmaq bacarığı, tələbələrdə tədris etdiyi elmə və seçilən ixtisasa maraq ya-
42


ratmaq bacarığı və s. daxildir. Müəllimin ən başlıca keyfiyyəti 
öz elmini dərindən bil-
məsi və sevməsidir

Təcrübə göstərir ki, sevilən fənn bir neçə dəfə tez və möhkəm mənimsənilir. Tə-
ləbələrin əksəriyyətinin ümumi rəyinə görə, öz elmini dərindən bilən, sevən və böyük
həvəslə tələbələrə öyrədən müəllimlərə – nüfuzlu alimlərə məşğələlərdə “bilmirəm” de-
məyə adam utanır. 
Pedaqoji peşəkarlıq müəllimdən bir sıra 
peşə keyfiyyətləri
tələb edir:
Ünsiyyətçilik – tələbənin daxili aləminə nüfuz etməyə imkan verir;
Özünü ələ almaq bacarığı – müəllimə öz hisslərini idarə etməyə, özünə nəzarət
etməyə imkan verir;
Təkidlilik – qarşıya qoyulmuş məqsədə çatmağa, prinsipial olmağa kömək edir;
Qarşılıqlı anlaşma – müəllim və tələbə bir-birini başa düşməyəndə ünsiyyətdə
soyuqluq, bəzən də münaqişə yaranır;
Qayğıkeşlik – gənclərin qəlbinə qayğı ilə yanaşdıqca onlar tərbiyəçi üçün açıq
olur; yalnız özünü sevər eqoist müəllim yaxşı tərbiyəçi ola bilməz; 
Nikbinlik və yumor hissi – kollektivdə nikbin, şən ovqat yaratmağa imkan verir.
Bu keyfiyyətlərlə yanaşı peşəkar müəllim yeni pedaqoji təfəkkürə yiyələnməli,
idrak və praktik məsələlərin həllinə yaradıcı şəkildə yanaşmağı bacarmalıdır, tələbə-
lərdə müstəqil, tənqidi, yaradıcı, dialektik təfəkkürün inkişafı qeydinə qalmalıdır.
3.
Müəllimin şəxsi-mənəvi keyfiyyətləri
. Buraya ədalətlilik, xeyirxahlıq, huma-
nizm, düzlük, doğruçuluq, sadəlik, təvazökarlıq, vicdanlılıq, məsuliyyətlilik, mədəni-
lik, pedaqoji etika və b. keyfiyyətlər daxildir. Müəllimin şəxsi keyfiyyətləri onun tə-
lim-tərbiyə işinə təsirsiz qalmır. Yaxşı müəllim, hər şeydən əvvəl, yaxşı tərbiyəçidir,
nəcib, alicənab, mədəni insandır.
Müəllimlik humanist peşədir. 
Tərbiyənin məqsədi – insanlıq, vasitəsi isə - insa-
na qayğı, hörmət və sevgidir
. Humanizm xeyirxahlıqla, ədalətliliklə, tələbkarlıqla
vəhdət təşkil edir. 
Ədalət
– pedaqoji mədəniyyətin əsasıdır: “Ədalət insan qəlbini nə-
cibləşdirir, ədalətsizlik isə kobudlaşdırır, qəddarlıq doğurur” (V.A.Suxomlinski).
Buna görə də ədalət ruhu hər sahədə, xüsusın pedaqoji işdə hakim olmalıdır.
43


Müəllim 
əxlaqi saflıq nümunəsi
olmalıdır, çünki bunsuz tərbiyəçi kimi fəaliyyət
göstərməyə onun mənəvi haqqı çatmaz. Əxlaqi cəhətdən səbatsız insana gənc nəslin
tərbiyəsi kimi çox məsuliyyətli işi tapşırmaq olmaz, çünki müəllim özündə olmayan
keyfiyyətləri başqalarına verə bilməz. Buna görə də
müəllim tərbiyə işinə özündən
başlamalı, müntəzəm olaraq özünütərbiyə ilə məşğul olmalıdır
. Müəllim yüksək mə-
dəniyyəti və mənəviyyatı ilə gəncləri nəcib şəxsiyyətlər kimi yetişdirə bilər. O, özün-
də zahiri və daxili mədəniyyəti, müsbət əxlaqi keyfiyyətləri (düzlük, doğruçuluq,
sadəlik, xeyirxahlıq və b.) cəmləşdirməli, kamil şəxsiyyət olmalıdır.
4.
Müəllimin iradi-emosional keyfiyyətləri
.
 
Pedaqoji fəaliyyətin və ünsiyyətin
səmərəsi müəllimin iradi-emosional keyfiyyətlərindən də çox asılıdır. Müəllim ira-
dəli, səbrli, təmkinli olmalı,
öz hissi-emosional halını idarə etməyi bacarmalıdır
.
Müxtəlif xarakterli, müxtəlif səviyyəli tələbələrlə işləmək nə qədər çətin olsa da
müəllim öz hisslərinə, danışığına, hərəkətlərinə nəzarət etməli, hər şeydən ötrü əsəbi-
ləşib özündən çıxmamalıdır. Əsəbilik, hay-küy, qışqırıq, hədə-qorxu, cəza müəllimin
pedaqoji səriştəsizliyinin göstəricisidir: qışqırıq, hay-küy olan yerdə kobudluq,
anlaşılmazlıq, emosional gönüqalınlıq olur. Kobudluq kobudluq doğurur.
Müəllim üçün vacib keyfiyyətlərdən biri də tələbələr yanında 
nüfuza
malik olma-
sıdır. Dərin bilik, mədənilik və mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək
olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət,
ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də hər bir müəllim sözlərinə və
hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin