dərdinə şərik olmaq) bacarığı ilə sıx bağlıdır
. Adamların daxili aləmini qavramaq (o
cümlədən mimika ilə), onların sevinc və kədərini bölüşdürmək hər cür ünsiyyətdə,
xüsusən pedaqoji ünsiyyətdə mühüm əhəmiyyət kəsb edir. Bu bacarığın tətbiqi üçün
müəllim özünü tələbənin yerində qoymalı, onun maraq və qayğıları ilə bölüşməyə
çalışmalıdır.
Müşahidəcilik və təcrübə insanda
intuisiya qabiliyyətinin
inkişafına əsas verir.
Müəllimin fəaliyyətində intuisiya həm də pedaqoji fəhmdə ifadə olunur. Usta
müəllim pedaqoji prosesin və ya konkret insanın inkişafının gedişini qabaqcadan
duyur, buna müvafiq olaraq profilaktik tədbirlər görür.
Nəzərdən keçirilən qabiliyyətlərə mükəmməl yiyələnən müəllim düzgün ün-
siyyət qurmaqla təlim-tərbiyə işində yüksək nəticələr əldə edir.
Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfiyyətləri ilə sıx bağlıdır.
Dostları ilə paylaş: