1)
Müəllim şəxsiyyətinin humanist istiqaməti
– pedaqoji fəaliyyətin və ustalığın
əsasını təşkil edir. Buraya müəllimin idealları, maraqları, sərvət meylləri, dünyagörü-
şü, pedaqoji fəaliyyətə və tələbəyə baxışları və s. daxildir. Humanist istiqamət gün-
dəlik konkret vəzifələrin həllində müəllimin düzgün mövqe tutmasına, məqsədəuy-
ğun şəkildə fəaliyyət göstərməsinə, tələbələrlə normal ünsiyyət qurmasına, pedaqoji
fəaliyyətin strategiya və taktikasını düzgün müəyyənləşdirməsinə kömək göstərir.
2)
Pedaqoji peşə bilikləri
– müəllimin ustalığının vacib şərtdir.
Elmi-pedaqoji
biliklərə mükəmməl yiyələnmədən
, nəzəri bilikləri təcrübəyə tətbiq etmədən
ustad
müəllim olmaq mümkün deyildir
. Eyni pedaqoji təhsilə və staja malik olan iki müəlli-
min pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk növbədə, onların nəzəri
hazırlığı və pedaqoji ustalığı ilə izah olunur.
Müəllim psixoloji biliklərə də yiyələnməli,
yaxşı psixoloq olmalıdır
. Pedaqogika
və psixologiyanı yaxşı bilməyən müəllim, K.D.Uşinskinin sözləri ilə desək, lazımi
tibbi hazırlığı olmayan ara həkiminə bənzəyir.
3) Pedaqoji ustalığın mühüm bir ünsürünü
pedaqoji-peşə qabiliyyətləri
təşkil edir.
Müəllim əvvəlki bölmədə nəzərdən keçirilən peşə qabiliyyətlərinə – akademik, didaktik,
konstruktiv, ünsiyyət, təşkilatçılıq, perseptiv və b. qabiliyyətlərə mükəmməl yiyələndiyi
zaman ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər ayrılıqda yox, qarşılıqlı vəhdətdə,
kompleks halında tətbiq olunduqda yüksək nəticələr əldə etmək mümkündür.
4) Müəllimin pedaqoji ustalığının daha vacib bir ünsürünü
Dostları ilə paylaş: