Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə32/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Sual və tapşırıqlar
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolunu şərh edin.
2. Müəllimlik işinin hansı xüsusiyyətləri vardır?
3. Ali məktəb müəlliminin funksiyaları hansılardır?
4. Ali məktəb müəlliminin hüquq və vəzifələri nədən ibarətdir?
5. Müəllimin peşə qabiliyyətlərini səciyyələndirin.
6. Müəllim hansı şəxsi keyfiyyətlərə malik olmalıdır?
7. Pedaqoji ustalıq nədir? Onun tərkib ünsürlərini səciyyələndirin.
8. “Pis tələbə yoxdur, pis müəllim var” fikrinə münasibətinizi bildirin.
Ədəbiyyat
1. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.
2. Kazımov N. Ali məktəb pedaqogikası. B., 1999.
46


3. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası (mühazirə kursu).
B., 2010.
4.
Əliyev B.H., Əliyeva K.R. Yaradıcı müəəlim hazırlığının bəzi məsələləri.
BDU “Xəbərləri” (Sosial-siyasi elmlər seriyası), №2, 2008.
47


V mühazirə
Ali məktəb didaktikasının predmeti. 
Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri.
Plan:
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri və funksiyaları
3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları 
4. Təlimin qanunları və prinsipləri
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
Didaktika pedaqogikanın bir hissəsi olub, təlim və təhsil nəzəriyyəsindən bəhs edir.
Didaktika yunanca “didaktikos” – öyrədən, “didasko” – öyrənən sözlərindən götürül-
müşdür. Bu termin ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən irəli sürül-
müşdür. 
Didaktika elmi biliklər sistemi kimi ilk dəfə görkəmli çex pedaqoqu Yan Amos
Komenski (XVII əsr) tərəfindən işlənmişdir.
Didaktika
təlim və təhsilin nəzəri əsaslarını tədqiq edən pedaqoji nəzəriyyədir.
Ali məktəb didaktikası
isə ali məktəb pedaqogikasının tərkib hissəsi, ümumi didak-
tikanın bir sahəsidir. Onun 
obyekti
ali məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin
peşə-ixtisas hazırlığı prosesidir. 
Predmeti
isə ali məktəbdə təlim-təhsil prosesinin qa-
nunauyğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin peşə-ixtisas hazırlığının səmə-
rəli yollarını öyrənməkdən ibarətdir.
Ali məktəb didaktikası ümumi pedaqogikanın kateqoriya və anlayışlarından
(pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı, pedaqoji fəaliyyət, pedaqoji texnolo-
giya və b.) istifadə edir. Lakin onun özünəməxsus
kateqoriya və anlayışlar sistemi
vardır. Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma (öyrənmə), özünütəhsil,
fasiləsiz təhsil, təlim texnologiyası, təlim diaqnostikası, təhsilin məzmunu və b. da-
xildir. Bunlardan əlavə ali məktəb didaktikası təlimin məqsədi, qanunları, prinsipləri,
məzmunu, vasitə və metodları, təşkili formaları, nəticələri, təlim diaqnostikası, təlim
texnologiyaları və s. kateqoriyalara da istinad edir.
48


Ali məktəb didaktikası qarşısında bir sıra 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin