Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə35/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
Təlim prosesinin
 metodoloji əsasını
fəlsəfənin 
idrak nəzəriyyəsi
təşkil edir. İdrak
dünyanın insan şüurunda əks olunması prosesidir. Bu proses
üç pillədən
keçir:
hissi
idrak, məntiqi idrak, praktika
. Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss üzv-
lərinin köməyi ilə insanda ətraf aləm haqqında duyğular, qavrayış və təsəvvürlər ya-
ranır. Bu yolla əldə olunan faktik materiallar (qavrayış və təsəvvürlər) məntiqi idrakda –
mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir. Mücərrəd təfəkkürdə çıxarılan
nəticələr praktikada yoxlanılır; praktika – biliklərin həqiqiliyinin əsas meyarıdır. 
Təlim prosesi də idrakın bir növüdür. 
Tələbənin (şagirdin) öyrənmə yolu bir çox
cəhətdən idrak yoluna əsaslanır
. Bunu sxematik olaraq nəzərdən keçirək.
İdrak yolu Canlı müşahidə mücərrəd təfəkkür praktika
Təlim yolu Qavrama anlama tətbiqetmə
möhkəmlətmə
Göründüyü kimi, tələbənin təlim (öyrənmə) yolu idrak yoluna müvafiqdir. Lakin
onunla tam eyni deyildir; müəyyən fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri
vardır. 
Bu fərqi idrak məqsədində
(alim yeni qanunları üzə çıxardır, tələbə isə elmə
məlum olan bilikləri öyrənir),
idrak pillələrinin sistemində
(elmi idrakdan fərqli
olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir, möhkəmlətmə pilləsinə ehtiyac duyulur),
idraka rəhbərlik işində
(alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin
rəhbərliyi altında gedir) və s. özünü göstərir.
Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları.
Öyrənmə prosesinin təbii
– elmi əsasını 
ali sinir fəaliyyəti haqqında təlim
təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov). 
Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları təlim-tərbiyə prosesini düzgün
təşkil etməyə, mənimsəmənin səmərəsini yüksəltməyə kömək göstərir.
Təlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji qanu-
nauyğunluqlar da özünü göstərir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin