Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

vəzifələr
durur. Onları bir neçə qrupda
birləşdirmək olar:
1.
Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək
öyrənmək
? Bu suallara cavab tapmadan didaktika təlim və təhsilin digər mə-
sələlərini həll edə bilməz. 
2.
Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək
? Bu
məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir.
3.
Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və öyrən-
mək
?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə nəzarət və qiymətlən-
dirmə” mövzularında nəzərdən keçirilir.
4.
Təlimin səmərəli təşkili formalarını müəyyənləşdirmək: hansı formada öy-
rətmək və öyrənmək
?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən
keçirilir.
Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli olduğu problemləri
kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.
2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri
funksiyaları və quruluşu
Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti olub, onun mərkə-
zində tələbənin formalaşmaqda olan şəxsiyyəti, idrak fəaliyyəti durur. 
Təlim prosesinin inkişafının əsas 
hərəkətverici qüvvəsini ziddiyyətlər və onların
həlli
təşkil edir. Bu prosesdə həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir.
Əsas xarici ziddiyyət
cəmiyyətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı
ziddiyyətdir.
Təlim prosesində tələbələrin zehni inkişafında 
daxili ziddiyyətlər
də mühüm rol
oynayır. Əsas daxili ziddiyyət 
tələbələrin idrak tələbatları ilə mövcud imkanları
(bilik
və bacarıq səviyyəsi)
arasındakı ziddiyyətdir
. Tələbə özünü düşündürən suallara
cavab tapmaq, yeni bilikləri mənimsəmək istəyir. Tələbə bütün imkanlarını (biliyini,
bacarığını, iradi səyini, psixi qüvvələrini) səfərbərliyə alaraq çətinlikləri aradan
49


qaldırır, tələbatını ödəyir – yeni biliyə yiyələnir. Deməli, ziddiyyət aradan qalxır.
Ziddiyyətlərin həlli, bir tərəfdən, tələbənin zehni, psixi və mənəvi inkişafına kömək
edir, digər tərəfdən isə təlim prosesini daha səmərəli qurmağa, təlimin məzmununu,
metod və formalarını təkmilləşdirməyə, təlimin funksiyalarını uğurla yerinə
yetirməyə imkan verir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin