Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Suallar və tapşırıqlar
1. Şəxsiyyət, fərd və fərdiyyət anlayışlarını səciyyələndirin.
2. Şəxsiyyətin inkişafı haqqında baxışları müqayisə edin.
3. Şəxsiyyətin inkişafının mənbəyini izah edin. Nə üçün eyni ailədə böyüyən iki
insan bəzən bir-birindən kəskin şəkildə fərqlənir?
4. Şəxsiyyətin inkişafına dair hansı nəzəriyyələr vardır ? Onlara münasibətinizi
bildirin.
5. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu nədən ibarətdir?
6. Tələbə şəxsiyyətinin xüsusiyyətlərini izah edin.
7. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtlərini səciyyələndirin.
Ədəbiyyat
1. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.
2. Kazımov N. Ali məktəb pedaqogikası. B., 1999.
3. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası (mühazirə kursu).
B., 2010.
4. M.İsmixanov. İnsan xarakteri və münasibətləri (ailə, sevgi, dostluq). B.,
33


2009.
34


IV mühazirə
Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi
Plan:
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin xüsusiy-
yətləri.
2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
3. Müəllimin peşə qabiliyyətləri
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı
1. 
Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. 
Müəllimlik işinin xüsusiyyətləri
Gənclərin təlim-tərbiyəsində, yüksək hazırlıqlı mütəxəssislər kimi yetişməsində
müəllim çox
böyük rol oynayır
. Cəmiyyətin, millətin gələcəyi, müəyyən mənada,
müəllimin əlindədir. Millət məktəbdən, müəllimdən başlanır. Deyirlər ki, bir milləti
məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir: biri
milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu hal müəllim
kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb edir.
Müəllim cəmiyyətdə aparıcı qüvvədir. O, yaşlı nəslin təcrübəsini gənc nəslə
verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi gü-
nəşə, bağbana, mühəndisə, heykəltəraşa, sərkərdəyə, həkimə bənzətmişlər. Çünki o,
günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı
göstərir; mühəndis kimi insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və
ağlı cilalayır; sərkərdə kimi cahilliyə, vəhşiliyə, şərə qarşı amansız mübarizə aparır;
həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur. 
Cəmiyyətdə olduğu kimi,
məktəbdə də müəllim böyük qüvvədir
. Gənc nəslin
bilik və tərbiyə səviyyəsi, ağlının və qəlbinin formalaşması, ilk növbədə, müəllimdən,
onun peşə-ixtisas və vətəndaşlıq keyfiyyətlərindən asılıdır. 
Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin