- tələbənin özünütəhsilə, mütaliəyə cəlb edilməsi;
- bəşəri və milli dəyərlərin mənimsədilməsi;
- tələbələrin vaxt büdcəsinin səmərəli təşkili;
- ali məktəb müəlliminin şəxsi nümunəsi və s.
Şəxsiyyətin fəallığı
– tələbənin ümumi və psixi inkişafının vacib şərtidir. Şəx-
siyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyət özlüyündə insanın ətraf aləmə fəal
münasibətinin formasıdır. Tələbə təhsildə, əməkdə, yaradıcılıqda, ictimai işlərdə nə
qədər çox fəallıq göstərərsə, bir o qədər həmin sahələrdə uğur qazana bilər.
Şəxsiyyətin keyfiyyəti – möhkəm
dayanıqlı motivlərlə dayanıqlı davranış for-
masının vəhdətinə
əsaslanır. Eyni bir davranış forması (məsələn, təlimə səylə yanaş-
maq) motivdən asılı olaraq müxtəlif keyfiyyət çaları kəsb edə bilər: tələbə borc his-
sinin təsiri ilə və ya müəllimin tərifini (yaxud yaxşı qiymət) qazanmaq naminə təlimə
səy göstərə bilər. Bunlar zahirən eyni forma olsa da, əslində şəxsiyyətin müxtəlif key-
fiyyətlərini ifadə edir.
Təlim-tərbiyə işinin müvəffəqiyyəti
tələbənin şəxsi fəallığı ilə bilavasitə bağlıdır.
Tələbələrin yüksək səviyyədə təşkil olunmuş məqsədyönlü fəaliyyəti uğurlu tərbiyə-
nin də vacib şərtidir. Tələbə əmək, idman, elmi-texniki, bədii və ictimai-siyasi fəaliy-
yət prosesinə cəlb edilməklə şəxsiyyətin vacib keyfiyyətlərinə yiyələnir, ictimai təc-
rübə qazanır, həyatı və insan münasibətlərini öyrənir, mənəvi cəhətdən zənginləşir,
gələcək mütəxəssis kimi bir çox cəhətdən formalaşır.
Tələbə şəxsiyyətinin formalaşmasına təsir edən amillər sırasında ünsiyyətin, xü-
susən
Dostları ilə paylaş: