göstərən sosial mühit amillərinə daxildir.
Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit başa düşülür.
Təbii – coğ-
rafi mühitə
insanı əhatə edən atmosfer, biosfer, hidrosfer, habelə müxtəlif növ fiziki
amillər, istilik, maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik inkişafında
hava, günəşi, su, iqlim, relyef, bioloji ritm təsirsiz qalmır.
İnsanın şəxsiyyət kimi formalaşmasına
sosial mühit
daha çox təsir göstərir. So-
sial mühit iki cürdür: mikro- və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən
mühitdir (ailə, məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət
həyatıdır, geniş sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir.
Kiçik yaşlarda mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən
uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur.
Mikromühit geniş sosial mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər
ailədə, məktəbdə, əmək kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik
xarakteri, hüququn aliliyi, ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiy-
yətə malikdir. Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı,
tərbiyəli böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız
ədalətli cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda verdiyiniz
tərbiyənin də müsbət nəticəsi olmayacaq”.
İnsan şəxsiyyətinin formalaşmasında mikro- və makromühitlə yanaşı
mezamühit
(etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi kommunikasiya vasitələri) də
mühüm rol oynayır.
Cəmiyyət həyatı, onun maddi və mənəvi sərvətli tərbiyə işində həlledici şərtdir.
Şəxsiyyətin tələbatlarını, mənəvi sərvətlərini də cəmiyyət müəyyən edir.
Mühitin insana təsirini mütləqləşdirmək olmaz; mühit insanın inkişafını öz-özü-
nə, mexaniki surətdə müəyyən etmir. Mühitin təsirləri insanın özünün inkişaf səviy-
yəsindən, psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişilir. Eyni mühitdə (ailədə,
məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və qardaşların fərqli inkişafı bununla
izah edilə bilər.
Dostları ilə paylaş: