Sistematiklik və ardıcıllıq prinsipi.
Bu prinsip təlimdə elmin sistemini mü-
hafizə etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi
nəzərdə tutur. Elm biliklər sistemi deməkdir; belə sistem yoxdursa, elm də yoxdur.
Sistemləşdirmə elmi biliklərə maraq yaratmağa, onları asanlıqla yada salmağa
və tətbiq etməyə imkan verir.
50
Sistemlilik və ardıcıllıq prinsipi müəyyən
qaydalarla
həyata keçirilir:
- elmi bilikləri ciddi sistemdə, məntiqi ardıcıllıqda şərh etmək və öyrətmək;
- yeni bilik və bacarıqları əvvəlkilərə istinadən mənimsətmək;
- tələbələri müəyyən elm sahəsində bilikləri sistemləşdirmə işinə cəlb etmək;
- təkrar və çalışmaları müəyyən sistemdə aparmaq.
Əyanilik prinsipi.
Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, habelə kon-
kret şeylərə və hadisələrə əsaslanaraq qurmağı nəzərdə tutur. Əyanilik idrak pro-
sesinin öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin
qavranılmasından başlanır. Əyanilik konkretlə mücərrədin vəhdətini təmin edir,
mücərrəd təfəkkürün, obrazlı nitqin inkişafı üçün zəmin yaradır, konkret faktların
ümumiləşdirilməsinə imkan verir, biliyin tez və möhkəm mənimsənilməsinə kömək
edir.
Əyanilik prinsipinin tətbiqində müəyyən
qaydaları
gözləmək lazımdır:
- təlimdə tələbələrin hissi təcrübəsinə istinad etmək;
- tələbələrin təsəvvürlərinin genişləndirilməsi və dərinləşdirilməsi üçün şərait
yaratmaq (müşahidələr, faktların təhlili və müqayisəsi və s.);
- əyaniliyin universallaşdırılmasına yol verməmək, təlimdə onu müəyyən ölçüdə
(təsəvvür zəif olduqda) tətbiq etmək;
- əyaniliyin müxtəlif növlərindən əlaqəli şəkildə istifadə etmək.
Şüurluluq, fəallıq və müstəqillik prinsipi.
Bu prinsip tələbələrin təlimdə fəal-
lığını, mənimsəmənin şüurluluğunu təmin etməyi nəzərdə tutur.
Şüurlu mənimsəmənin
bir neçə
əlaməti
vardır: elmi biliyin başa düşülməsi,
düzgün ifadə olunması, tətbiqi, yeni fakt və misalların tapılması, bilik və bacarıqların
yoxlanması və səhvlərin düzəldilməsi.
Şüurluluq fəallıqla və müstəqilliklə vəhdət təşkil edir.
Şüurluluq, fəallıq və müstəqillik təlimin
mühüm amili
olub, bilik və bacarıqların
mənimsənilməsinin sürətinə, dərinliyinə, möhkəmliyinə həlledici təsir göstərir. Tə-
ləbə şüurlu mənimsədiyi biliklərdən sərbəst və yaradıcı şəkildə istifadə edir, onları
müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq etmək imkanı qazanır.
Bu prinsipin tətbiqi müəyyən
qaydalarla
bağlıdır:
- tələbələrin fəallığı və şüurluluğu üçün əlverişli şərait yaratmaq, bu keyfiy-
yətləri stimullaşdırmaq;
- tələbələrin zehni və əməli fəallığını əlaqələndirmək;
- təlimdə müxtəlif növ müstəqil işlərə, o cümlədən yaradıcı işlərə, problemlərin
51
həllinə geniş yer vermək;
- tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri vasitələrdən (səmimi ünsiy-
yət, həvəsləndirmə, tələb, əyanilik, interaktiv metodlar və s.), həm də daxili stimul-
lardan (biliklərə tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə etmək.
Dostları ilə paylaş: |