Tərbiyə prinsiplərinin səciyyəsi və qarşılıqlı əlaqəsi Tərbiyədə məqsədyönlülük prinsipi. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə
fəaliyyəti məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə
işinin məzmunu, vasitə və metodları da məqsədlə müəyyən olunur.
Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd tərbiyə işinə düzgün isti-
qamət verir, tərbiyəçini kortəbii hərəkət etməkdən çəkindirir.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi. Bu prinsip tər-
biyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox,
həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Bu halda insan həyatı dərk edir, sosial təcrübə qazanır,
ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. Cə-
miyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə vətən-
daşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.
Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə işində
insanın yaş xüsu- siyyətlərinə istinad etməyi nəzərdə tutur. İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan
tərbiyə lazımi səmərə verməz. Məsələn, müəllim gənc oğlana uşaq kimi yanaşaraq
yoldaşlarının yanında onu pərt edir, ona kobud söz deyir, gənc isə müəllimə cavab
qaytarmalı olur.
Yaşauyğunluq prinsipinin tətbiqində bəzi
tələbləri nəzərə almaq lazımdır:
- tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları
düzgün nəzərə alınmalıdır;
- yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir. Gənclərin
müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla ünsiyyətdə əmr tonu
yox, xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir.
Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Bu prinsip
tərbiyə işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir.
Fərdi xüsusiyyət dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar
xarakter, temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə
bir-birindən fərqlənirlər: biri səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiy-
yətçi, biri utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə al-
madan uğur qazanmaq olmaz. Eyni tərbiyə metodu müxtəlif adamlara müxtəlif təsir
göstərir.
90
Tərbiyə işində
cinsi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz
hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi
xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.