Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə68/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

VIII mühazirə
Ali məktəbdə tərbiyə işinin mahiyyəti, prinsip və metodları
Plan:
1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri
2. Tərbiyənin qanunauyğunluqları və prinsipləri
3. Tərbiyə metodları
4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi
1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri
Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa
düşmək lazımdır.
Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə
avto-
ritar tərbiyə
hakim idi. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tər-
biyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən
vasitə kimi başa düşülürdü. Bu əsasda 
azad tərbiyə
ideyası irəli sürüldü (J.J.Russo). 
Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: tərbiyə
insana müəyyən sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa
əsaslanmalıdır. Müasir pedaqogika tərbiyəyə
şəxsiyyətin ahəngdar formalaşması və
inkişafı prosesi
kimi baxır.
Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüvvələri.
Tərbiyə prosesi
dialektik səciyyə
daşıyır. 
Tərbiyə prosesinin dialektikası onun
ziddiyyətli
olmasında özünü göstərir. Zid-
diyyətlər və onların həlli tərbiyə prosesinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.
Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür.
Xarici ziddiyyətlər
cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə sə-
viyyəsi arasındakı ziddiyyətlərlə bağlıdır.
Daxili ziddiyyətlər
tərbiyə prosesinə daxilən xas olan ziddiyyətlərdir, onun kom-
ponentləri arasındakı uyğunsuzluqlardır. Əsas daxili ziddiyyət insanın mənəvi tələbat-
ları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir. İnsan öz tələbatını ödəmək
88


üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, əməliyyatlara, biliyə və bacarığa
yiyələnir. Bu zəmində insan tədricən həyatı, başqa adamları, özünü dərk edir, yeni-
yeni təsəvvürlərə yiyələnir. Onun motivləri, münasibətlər sistemi formalaşır, əxlaqi
keyfiyyətləri, mənlik şüuru inkişaf edir.
Tərbiyədə ziddiyyətlərin yaradılması və həlli ahəngdar şəxsiyyət tərbiyəsinin
vacib şərtidir. Əks halda «saqqallı uşaqlar» yarana bilər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin