Qiymət meyarları . Bilik və bacarıqların qiymətləndirilməsi üçün müxtəlif
meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir
(5 baldan 100 bala qədər). Boloniya prosesinə daxil olan ölkələrdə vahid qiymət
meyarı – 100 bal tətbiq olunur. Azərbaycanın ali məktəbləri də çoxballı qiymət
sisteminə keçmişdir. Qiymətləndirmə «Tələbələrin biliyinin qiymətləndirilməsinin
çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun olaraq aparılır (Əsasnamə təhsil
nazirinin 15.05.2003-cü il 420 saylı əmri ilə təsdiq olunmuşdur).
Tələbələrin imtahanlarda, məşğələlərdə cavabları qiymətləndirilərkən müvafiq
meyarlardan istifadə olunur. Qiymət balları müxtəlif
göstəricilər əsasında verilir.
Qiymətləndirmədə nəzərə alınan əsas göstəricilər bunlardır: a) biliyin
həcmi (proq-
ram materialları tam və ya qismən mənimsənilib?); b) biliyin
dərk edilməsi (şüurlu,
yoxsa mexaniki öyrənilib, tələbə keçilmiş materialı nə dərəcədə başa düşür, cavabı
düzgündürmü, fikirlərini əsaslandıra bilirmi, müstəqil fikir söyləyə bilirmi?); c) biliyin
tətbiqi (tələbə nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin
ifadə olunması (tələbə fikirlərini ədəbi dildə düzgün ifadə edə bilirmi, danışığında və
yazıda səhvlərə yol verirmi?).
Tələbənin biliyinin qiymətləndirilməsi zamanı təlim formalarının, ayrı-ayrı iş
sahələrinin xüsusiyyətləri nəzərə alınmalıdır.
İmtahana görə qiymət ballarının hesablanması. Balların maksimum miqdarı
50-dir. Tələbə imtahanda biletə düşən 5 suala cavab verməlidir. Hər sualın cavabı
maksimum 10 balla qiymətləndirilir.
İmtahanın qiymət meyarları aşağıdakı kimidir:
10 bal – tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hər-
tərəflidir.
9