Ali məktəbdə pedaqoji nəzarət müxtəlif
növlərdə
olur. Keçirilmə vaxtı və həll
etdiyi vəzifələrə görə nəzarətin bir neçə növü fərqləndirilir: cari (gündəlik), tematik
(iri mövzu və bölmələr üzrə), dövri (vaxtaşırı, yarımildə iki-üç dəfə, semestrin so-
nunda), yekun nəzarət (kurs bitdikdə, imtahanlar, kurs işi, buraxılış işi və diplom
müdafiəsində).
Nəzarətin əhatə dairəsindən, tələbə tərkibindən asılı olaraq fərdi, qrup və frontal
nəzarət
formalarından
istifadə olunur.
Nəzarət müxtəlif
metodların
vasitəsilə aparılır. Yoxlama və hesabaalma zamani
istifadə olunan ümumi metodlara aşağıdakılar daxildir: şifahi və yazılı sorğular, yox-
lama işləri, hesabatlar, referat işləri, icmallar, kurs və diplom işləri, yaradıcı tapşı-
rıqlar, seminarlar, kollokviumlar, tələbə fərdi işləri, qrafik işlər (sxem və çertyojlar),
kurs və diplom işləri, məqbul (zaçot) və imtahanlar (şifahi və yazılı), maşınlı nəzarət
və proqramlaşdırılmış nəzarət, test yoxlamaları, özünənəzarət.
Göstərilən metodların vəhdəti pedaqoji nəzarətin və bütövlükdə təlim prosesinin
səmərəliliyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: