olub, tələbələrin bilavasitə istehsalatda peşə-ixtisas biliklərinə, bacarıq və vərdişlərinə
yiyələnmək imkanını təmin edir. Onların başlıca
məqsədi
tələbələrin istehsalat fəa-
liyyətində nəzəri bilikləri möhkəmləndirmək və gələcək mütəxəssis üçün zəruri olan
peşə bacarıq və qabiliyyətlərini formalaşdırmaqdan ibarətdir.
Ali məktəbdə verilən peşə-ixtisas sahələrindən asılı olaraq tələbələrin təcrübəsi
iki istiqamətdə aparılır: a) istehsalat təcrübəsi; b) pedaqoji təcrübə.
İstehsalat təcrübəsi
təhsilin həyatla, mütəxəssisin nəzəri hazırlığı ilə praktik
fəaliyyətini əlaqələndirməyə kömək edir. İstehsalat təcrübəsi zamanı
tələbələr
müvafiq proqrama uyğun olaraq peşə-ixtisas sahəsi ilə əlaqədar nəzərdə tutulan işləri
yerinə yetirir, yeni texnologiyalarla tanış olur, kurs və buraxılış işləri üçün material
toplayırlar.
Pedaqoji təcrübə
pedaqoji təmayüllü ali təhsildə
çox mühüm yer tutur və
yüksək ixtisaslı müəllim kadrları hazırlığı sisteminin ayrılmaz tərkib hissəsini təşkil
edir. O, tələbələrin ali təhsildə qazandıqları nəzəri bilikləri pedaqoji prosesə tətbiq
etməyə, onları pedaqoji fəaliyyətə əməli cəhətdən hazırlaşmağa kömək göstərir.
Pedaqoji təcrübənin təşkili və keçirilməsi qaydaları
müvafiq əsasnamə ilə
müəyyən edilir.
Təcrübə müddətində
tələbənin işi bir neçə istiqamətdə
qurulur: təlim, təebiyə,
psixoloji iş, tədqiqatçılıq işi.
Tələbələr öz fəaliyyətlərini fərdi plan üzrə, dərslərin və tərbiyə tədbirlərinin
xüsusi qrafiki əsasında həyata keçirirlər.
Təcrübənin
sonunda metodist, pedaqoq və psixoloq
görülmüş işlərə əsasən
tələbələrin fəaliyyətini birlikdə qiymətləndirirlər. Pedaqoji təcrübə yekun konfransı
ilə başa çatır.
Dostları ilə paylaş: