Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə143/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   139   140   141   142   143   144   145   146   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Hüquq tərbiyəsi. Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ide-
ya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. “Hüquq” ərəbcə
“haqq söz” deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəy-
yən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış
111


qaydaları sistemidir. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də  insanın
hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir. 
Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi
əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır. 
Hüquq   tərbiyəsi   gənc   nəslin   hüquqi   şüur   və   davranışını,   habelə   hüquq   nor-
malarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət
prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
a)   gənc   nəsildə   hüquqi   şüur,  hüquqa   və   qanunçuluğa   dair   biliklər,  baxış   və
təsəvvürlər aşılamaq; b) hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun
düzgün   davranış   bacarıqları   formalaşdırmaq;
 
c)   sosial-hüquqi   fəallıq,   hüquqazidd
hallarla mübarizə əzmi tərbiyə etmək.
Hüquq   tərbiyəsi   müxtəlif  forma   və   metodlarla  həyata   keçirilir.  Bu   formalar
içərisində təlim əsas yer tutur. Tədris prosesində tələbə gənclərdə hüquqa dair biliklər,
hüquq psixologiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara əməl
etməyə daxili tələbat yaratmaq hüququn aliliyinə dair təsəvvür və baxışlar aşılamaq
diqqət mərkəzində durmalıdır. Bu işdə fənlərarası əlaqələrin yaradılması da mühüm
əhəmiyyət kəsb edir. 
Hüquq tərbiyəsi üzrə təlim prosesində  aparılan işlərlə yanaşı,  auditoriyadan-
kənar işlər  də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı auditoriyadan-
kənar işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki
qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən
formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin