Qrupun ümumi yığıncağı ayda bir dəfə keçirilir. İlk yığıncaqda qrup nümayəndəsi
seçilir.
Fakültə və ali məktəb səviyyəsində tələbə özünüidarə orqanları ilk (qrup) kol-
lektivlərinin müvəkkillərini birləşdirmək yolu ilə yaradılır. Belə orqanlara tələbə
həmkarlar və gənclər təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən komis-
siya və şuralar daxildir.
Kollektivdə qarşılıqlı münasibətlərin formalaşdırılması. Tələbə kollektivində
normal münasibətlərin yaradılması bir çox amillərlə bağlıdır. Bu amillərə kollektivin
ümumi ideya-mənəvi dəyərlərlə yaşaması, ünsiyyət mədəniyyəti, ictimai rəy, mənəvi-
psixoloji iqlim və s. daxildir. Bu amillərin xarakterindən asılı olaraq tələbə kollekti-
vində səmimi və ya münaqişəli münasibətlər özünü göstərir.
Tələbə kollektivindəki
münaqişələri (onlar daha çox şəxsiyyətlərarası münasi-
bətlər zəminində baş verir) elmi əsasda həll etmək lazımdır; münaqişəni dərindən
təhlil etmək, səbəbləri və münaqişə tərəflərinin motivlərini öyrənmək, heç bir tərəfin
hüququnu pozmadan, nüfuzuna xələl gətirmədən kollektivin ümumi mənafeyindən
çıxış edərək ixtilafı sivil yolla həll etmək vacibdir. Münaqişələrin profilaktikasına
daha çox diqqət yetirmək lazımdır. Çünki münaqişələri həll etməkdənsə, onların
qarşısını almaq daha asandır. Münaqişələrin qarşısını almaq üçün kollektivdə normal
münasibətlər qurmaq, sağlam ictimai rəy, müsbət mənəvi-psixoloji iqlim və ünsiyyət
mədəniyyəti formalaşdırmaq böyük əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: