5. Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu Tələbə gənclərin şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər içərisində
pedaqoji ünsiyyət mühüm yer tutur. Pedaqoji ünsiyyət təsirli tərbiyə vasitəsi kimi
mühüm əhəmiyyət kəsb edir. Gənclərin bir çox şəxsi keyfiyyətləri – kollektivçilik,
humanizm, məsuliyyət, dəqiqlik, intizam, yoldaşlıq-dostluq, düzlük-doğruçuluq və s.
insani sifətlər normal ünsiyyət şəraitində daha tez formalaşır. Qeyri-normal ünsiyyət
şəraitində insanda əks keyfiyyətlər – əsəbilik, mənfi emosiyalar, qorxu, inamsızlıq, iş-
güzarlığın azalması müşahidə olunur. Belə ünsiyyət təlim-tərbiyə keyfiyyətinə, müəl-
limin nüfuzuna mənfi təsir göstərir: düzgün qurulmayan ünsiyyət tələbələrdə müəl-
116
limə və onun tədris etdiyi fənnə neqativ münasibətin yaranmasına səbəb olur.