Kitab üzərində iş metodları bilik mənbəyi kimi kitabdan müxtəlif məqsədlərlə
istifadə etməyi nəzərdə tutur. Kitab üzərində iş metodları və tərzləri çoxdur: əsas
fikrin tapılması, plan, tezis və konspekt tərtibi, oxunanları fikirdə nəzərdən keçirmək,
oxu metodları (tam və hissələrlə oxumaq) və s.
Təlimdə, bütün fənlərdə tələbələri kitab üzərində işə geniş cəlb etmək, təkcə
dərslik və dərs vəsaitlərinə yox, eyni zamanda ilk mənbələrə, lüğət və məlumat
ədəbiyyatına, bədii ədəbiyyata istinad etmək vacibdir.