4. Təlimdə nəzarət metodları. Nəzarət bütöv təlim prosesinin əsas ünsürlərin-
dən biridir.
Təlimdə nəzarət metodları çoxdur. Onları bir neçə qrupa bölmək olar: a) şifahi
nəzarət metodları; b) yazılı nəzarət metodları; c) laborator və praktik nəzarət metodları;
ç) maşınlı nəzarət metodları; d) özünənəzarət metodları. Bu metodlarla yanaşı, müəllim
gündəlik müşahidə yolu ilə tələbələrin təlimə münasibətini, fəallıq və səyini öyrənib
nəzərə alır.
Şifahi nəzarət metodları içərisində şifahi sorğu geniş yayılmışdır. Onun üç növü
vardır: fərdi sorğu, frontal sorğu və intensiv.
Şifahi nəzarət məqsədi ilə şifahi imtahan və zaçotlardan da istifadə edilir.
Yazılı nəzarət metodlarına yoxlama yazı işləri (ifadə, inşa, məsələ və misal
həlli), test yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar, proqramlaşdırılmış
yoxlama metodları daxildir.
Nəzərdən keçirilən metodlarla yanaşı hazırda təlim prosesində interaktiv təlim metodlarındanda geniş istifadə edilir. Belə metodlara “əqli hücüm” (və ya “beyin
həmləsi”), “Dəyirmi masa”, “insert” metodu, “bibo cədvəli” metodu, Venn diaqramı
66
metodu, şaxələndirmə (klaster) metodu, ziqzaq (ekspert) metodu və b. daxildir.