Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə95/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Mühazirənin quruluşu. Mühazirə öz quruluşuna görə bir çox aspektləri – təd-
ris, elmi, tərbiyə, psixoloji və sosial aspektləri yaradıcı şəkildə özündə birləşdirən bit-
kin elmi-pedaqoji əsər səciyyəsi daşıyır. Mühazirənin quruluşunda bir neçə mərhələ
ayırd edilir:

Hazırlıq mərhələsi: mühazirənin  səmərə  və keyfiyyəti ona hazırlıq
səviyyəsindən   çox   aslıdır.  Bu   mərhələnin   məqsədi   mühazirənin   lazimi   nəzəri,
didaktik-metodik təminatını həyata keçirməkdən ibarətdir.

Mühazirənin giriş hissəsi: müəllim auditoriyada qayda-qanuna, davamiyyətə diq-
qət yetirdikdən sonra mövzunu, onun planını və ədəbiyyatı tələbələrə çatdırır. Mü-
hazirədə mövzunu öyrənməyin vacibliyi, elmi və həyati əhəmiyyəti qeyd edilir,
mümkün olduqda problem situasiya yaradılır.

Mühazirənin əsas hissəsində mövzu sistemlə (plan maddələri üzrə) şərh olunur. 

Mühazirənin yekun hissəsində müəllim əsas nəticələri qeyd edir, tələbələrin sual-
larına cavab verir, mövzu üzərində müstəqil işləmək üçün istiqamət, metodik töv-
siyələr verir.
Mühazirənin yüksək şəkildə keçirilməsi digər təlim formalarının da təşklinə
müsbət təşir göstərir.
74



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin