Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlimdə nəzarət və qiymətləndirmə



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə103/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   99   100   101   102   103   104   105   106   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

7. Təlimdə nəzarət və qiymətləndirmə
Təlim müvəffəqiyyətinə nəzarət. Ali məktəbdə müvəffəqiyyətə nəzarət, biliyin
yoxlanması və qiymətləndirilməsi  təlim prosesində mühüm yer tutur, bu prosesin
vacib bir ünsürünü təşkil edir. Nəzarətin məqsədi tələbənin bilik, bacarıq və vərdiş-
lərinin keyfiyyətini aşkara çıxarmaqdan, onların qarşıya qoyulmuş məqsədə uyğun-
luq dərəcəsini müəyyən etməkdən ibarətdir.
Nəzarət müvəffəqiyyətin  hesaba alınması, yoxlama  və  qiymətləndirmə  ilə sıx
bağlıdır. Hesabaalma (uçot) nəzarətin müəyyən sənədlərdə (jurnallarda, imtahan və-
rəqələrində və s.) əks olunmasıdır. Yoxlama nəzarət prosesi, onun vasitəsidir. Qiymət
yoxlamanın   nəticəsi,   müvəffəqiyyətin   kəmiyyət   göstəricisi,   onun   balla   (rəqəmlə)
ifadəsidir.
Nəzarət monitorinq, diaqnostika anlayışları ilə də sıx bağlıdır. Monitorinq təlim
(yaxud mənimsəmə) prosesinin mövcud vəziyyəti və səviyyəsinin öyrənilməsi, əldə
olunan nəticələrin qarşıya qoyulmuş məqsədlər baxımından təhlil edilib qiymətləndi-
rilməsi (diaqnostika), keyfiyyəti yüksəltmək yollarının müəyyən edilməsi (proqnoz-
laşdırma)   və   bu   məqsədlə   lazımi   korreksiya   işi   aparılması   proseslərini   özündə
birləşdirən müntəzəm nəzarət deməkdir. Deməli, monitorinqdə nəzarət, diaqnostika,
qiymətləndirmə, korreksiya və proqnozlaşdırma kimi proseslər vəhdət halında çıxış
edir. Diaqnostika  təlim prosesinin başvermə şəraitini, nəticələrini, nöqsanlarmı üzə
çıxarmaq,  onları təhlil edib qiymətləndirmək,  sonrakı inkişafını proqnozlaşdırmaq
kimi elementləri özündə birləşdirən mürəkkəb sistemdir.
Pedaqoji nəzarət bir neçə  funksiyanı  yerinə yetirir: yoxlama, diaqnostik, proq-
nostik, təhsil, tərbiyə funksiyası.
Pedaqoji   nəzarət   müəyyən  prinsiplər  əsasında   həyata   keçirilir:   nəzarətin
sistemliliyi, fərdiliyi, hərtərəfliliyi, obyektivliyi prinsipləri.
83


Ali məktəbdə pedaqoji nəzarət müxtəlif  növlərdə  olur. Keçirilmə vaxtı və həll
etdiyi vəzifələrə görə nəzarətin bir neçə növü fərqləndirilir: cari (gündəlik), tematik
(iri mövzu və bölmələr üzrə), dövri (vaxtaşırı, yarımildə iki-üç dəfə, semestrin so-
nunda), yekun nəzarət (kurs bitdikdə, imtahanlar, kurs işi, buraxılış işi və diplom
müdafiəsində).
Nəzarətin əhatə dairəsindən, tələbə tərkibindən asılı olaraq fərdi, qrup və frontal
nəzarət formalarından istifadə olunur.
Nəzarət müxtəlif metodların vasitəsilə aparılır. Yoxlama və hesabaalma zamani
istifadə olunan ümumi metodlara aşağıdakılar daxildir: şifahi və yazılı sorğular, yox-
lama işləri, hesabatlar, referat işləri, icmallar, kurs və diplom işləri, yaradıcı tapşı-
rıqlar, seminarlar, kollokviumlar, tələbə fərdi işləri, qrafik işlər (sxem və çertyojlar),
kurs və diplom işləri, məqbul (zaçot) və imtahanlar (şifahi və yazılı), maşınlı nəzarət
və proqramlaşdırılmış nəzarət, test yoxlamaları, özünənəzarət. 
Göstərilən metodların vəhdəti pedaqoji nəzarətin və bütövlükdə təlim prosesinin
səmərəliliyini təmin etmək baxımından böyük əhəmiyyətə malikdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin