6. Kurs və buraxılış işləri. Məsləhətlər
Kurs işi ixtisas və ya ümumi fənlərə həsr olunur. Onun məqsədi müəyyən elm
sahəsi (fənn) üzrə nəzəri bilikləri tətbiq etmək, tədqiqat aparmaq, faktları təhlil edib
ümumiləşdirmək bacarıqlarını formalaşdırmaqdan və bu bacarıqları aşkara çıxarmaqdan
81
ibarətdir. Kurs işi gələcək mütəxəssisin peşə-ixtisas hazırlığında böyük əhəmiyyət kəsb
edir; tələbələrdə müstəqilliyin, elmi axtarış qabiliyyətinin inkişafına kömək göstərir.
Kurs işinin yazılması müəyyən mərhələlərdən ibarətdir: mövzunun seçilməsi,
mövzuya daxil olmaq (mövcud ədəbiyyatla tanışlıq), plan tərtibi, mövzunun işlən-
məsi metodlarının müəyyən edilməsi, işin icrası (nəzəri təhlil, təcrübi-eksperimental
tədqiqat, alınan materialların təhlili, nəticələrin çıxarılması), işin müdafiəsi.
Kurs işini kafedranın yaratdığı xüsusi komissiya qəbul edib qiymətləndirir.
Buraxılış işləri mütəxəssis hazırlığının yekun mərhələsi ilə bağlı olub, təlimin
mühüm təşkili formalarından biridir.
Buraxılış işinin yazılması mərhələləri kurs işindəki mərhələlərə uyğundur.
Lakin o, kurs işindən fərqli olaraq daha geniş tədqiqatı əks etdirir, həcmcə də genişdir
(40-45 səhifə). Buraxılış işləri müəyyən tələblərə cavab verməlidir:
- buraxılış işinin mövzusu aktual olmalı, elmi-praktik əhəmiyyət daşımalıdır; möv-
cud ədəbiyyat ciddi öyrənilməli, təhlil edilərək tənqidi şəkildə qiymətləndirilməli-
dir; buraxılış işi elmi-tədqiqat xarakteri daşımalıdır; kompleks tədqiqat metodla-
rından istifadə edilməlidir; tədqiqatın məqsəd və vəzifələri aydın göstərilməlidir;
tədqiqatın obyektiv aparılması təmin olunmalı, nəticələr aydın və dəqiq olmalı,
əsaslandırılmalıdır; iş aydın, ədəbi dildə, qrammatik-orfoqrafik baxımdan düzgün
şəkildə yazılmalıdır.
İş hazır olduqda ona iki rəy yazılır (biri elmi rəhbər olmaqla). Buraxılış işi
fakültədə yaradılmış Dövlət Attestasiya Komissiyasının açıq iclasında müdafiə olunur
və qiymətləndirilir.
Müstəqil elmi işinin yüksək forması magistr dissertasiyasıdır. O, magistrantın
müstəqil tədqiqat işinin, yaradıcı axtarışlarının məhsulu olmaqla sırf elmi-tədqiqat
xarakteri daşıyır və ona, buraxılış işinə nisbətən, daha yüksək tələblər verilir.
Məsləhətlər – ali məktəbdə tədris prosesinin zəruri tərkib hissəsi, mühüm təş-
kili forması olmaqla bir neçə funksiyanı yerinə yetirir: öyrədici, stimullaşdırıcı,
nəzarət funksiyası.
Məsləhətlərin müxtəlif növləri vardır:
- xarakterinə görə: məcburi və könüllü məsləhətlər; didaktik məqsədə görə: me-
todik, problematik və nəzarət məqsədi ilə məsləhətlər; təlim prosesinin mərhələlərinə
görə: giriş, cari və yekun məsləhətlər; tərkibinə görə: kollektiv, qrup və fərdi
82
məsləhətlər.
Məsləhətlərin aparılması metodları da müxtəlifdir: sual-cavab, söhbət, diskus-
siya və s. Tələbələrin hazırlıq səviyyəsindən, qoyulan məsələnin çətinlik dərəcəsin-
dən və s. asılı olaraq müvafiq məsləhət metodu seçilib tətbiq edilir.
Dostları ilə paylaş: |